image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir

image-lady-day-az

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir

Dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer alan Azərbaycan həyata keçirilən uğurlu siyasətin məntiqi nəticələrindən biri kimi sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus mütərəqqi bir modelin əsasını yaradaraq günü-gündən qüdrətlənən bir ölkəyə çevrilib. Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi Azərbaycanın inamla və böyük nailiyyətlərə imza atmaqla irəlilədiyi inkişaf yolunun prioritet istiqamətidir. Bu isə o deməkdir ki, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurduqdan sonra Azərbaycan bazar iqtisadiyyatı şəraitində bundan sonra da inkişafını davam etdirib daha qüdrətli dövlətə çevrilməsini təmin edəcəkdir.

İqtisadi cəhətdən davamlı olaraq güclənən, paralel şəkildə böyük müvəffəqiyyətlərlə nəticələnən siyasi islahatlar aparan Azərbaycan bununla həm də beynəlxalq miqyasda qazandığı nüfuzunun daha da yüksəlməsinə nail olur. Beynəlxalq sferada ölkəmizin mövqelərinin mütəmadi güclənməsinə təkan verən önəmli amillərdən biri də qlobal enerji təhlükəsizliyi sahəsində Azərbaycanın getdikcə artan rolu və həyata keçirdiyi fəal investisiya siyasətidir. Real faktdır ki, hazırda Azərbaycan dünyanın ən aparıcı potensial investorlarından birinə çevrilməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan sərmayəsini gözləyən müxtəlif xarici dövlətlərin sayı durmadan artır, ölkəmizə sözügedən məsələ ilə əlaqədar ünvanlanan əməkdaşlıq təklifləri çoxalır. Böyük maliyyə imkanlarına malik Azərbaycan isə, öz növbəsində, maraqlarının təmin olunması şərtilə son bir neçə ildə ayrı-ayrı xarici ölkələrə artıq dəyəri milyardlarla dollar həcmində olan investisiyalar yatırır.

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Göründüyü kimi, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması istiqamətində tədbirlər davam etdirilir. Cari ildə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, məqsədli sosial proqramların  icrası prioritet vəzifə kimi müəyyənləşdirilib. Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasəti isə qarşıya qoyulmuş ümumi məqsədlərə çatmağa imkan yaradacaq, qlobal maliyyə böhranının ölkəmizə təsirlərinin azaldılmasına səbəb olacaq.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin ilk dövrünə təsadüf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ilin 26 dekabr tarixində respublikamızın müstəqilliyini tanımışdır.  Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 1 sentyabr tarixində qurulmuşdur. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Ölkə başçılarının qarşılıqlı səfərləri son illər sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermiş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq, ilk növbədə, Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.

Oktyarın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev bildirdi ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında tərəfdaşlıq və dostluq əlaqələri yüksələn dinamika ilə inkişaf edir. Ölkələrimiz arasında zəmanətli və etibarlı əməkdaşlığa əsaslan dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək.1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.

Zərdab rayon salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki