image-qanunla-reklam
image-65e4bb6f-c273-4fc1-8d4f-d49fa3dca632

Azərbaycan prezidenti cənab İlham Əliyev Füzuli rayonunun inkişafı istiqamətində mühüm işlər görür

image-lady-day-az

Azərbaycan prezidenti cənab İlham Əliyev Füzuli rayonunun inkişafı istiqamətində mühüm işlər görür.

Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri, oraya köçürülmüş əhali ilə görüşü müntəzəm xarakter alıb. Prezident İlham Əliyevin Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və orada etdiyi çıxış bu xüsusda da əhəmiyyətli paya sahibdir. Bu baxımdan Azərbaycan Prezidentinin Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında diqqət çəkən məqamlara nəzər salaq:
Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının böyüklüyü, Vətənə bağlılığı, yurd sevgisi, Füzulini görməyən gənclərin də valideynlərinin doğulub boya-başa çatdı yerlərə gəlməsi bu görüşdə də bir daha vurğulandı və dünyaya çatdırıldı. Əslində qeyd olunan ifadələr təkcə bu gün üçün nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Qalib dövlət strategiyasına əsaslanaraq gələcək perspektivlər üçün həm ölkə daxilində yaşayan, həm də dünyanın müxtəlif yerlərində olan azərbaycanlılara vahid və bütöv xalq kimi mənəvi keyfiyyətləri aşılayır. Bu da o anlama gəlir ki, azərbaycançılıq daha böyük anlayış kimi gələcək nəsillərə çatdırılır və bu istiqamətdə planlı işlər aparılır.
Sürətli şəkildə dəyişən və qloballaşan dünyanda 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarını unutmayan, bir gün onun azad olunacağına inanan azərbaycanlılar bu yöndə özünəməxsus davranışlar sərgiləyərək bütün xalqlara, dövlətlərə bir nümunə oldular. İkinci Qarabağ müharibəsində torpaqlarını canları, qanları bahasına azad edən Azərbaycan xalqı Vətən sevgisinin zamanla, məkanla ölçülmədiyini bütün dünyaya nümayiş etdirdi.Prezident İlham Əliyev Füzuli işğaldan azad olunduqdan sonra füzulililərlə görüşdə vəd vermişdi ki, rayon yenidən qurulub, abadlaşdırılacaq. Artıq bu işlər görülüb. Cənab Prezident Füzulinin yeni görkəmini belə ifadə edib: “Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır”. İşğaldan azad olunan Qarabğın müasir siması da regionda yeni reallıq yaradır. Dünya Azərbaycanın həm siyasi, həm də iqtisadi gücünü görür. Azərbaycan ərazi bütövüyünü bərpa etməklə hərbi qüdrətini də beynəlxalq aləmə nümayiş etdirdi. 19-20 tarixlərində keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçılar ağ bayraq qaldırdı və tərksilah edildi. Dövlətimizin başçısı separatçıların kitabının birdəfəlik bağlandığını qeyd edib: Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı. Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik. Qarabağ məsələsinin həll olunması, Ermənistanla sülh razılaşmasının əldə edilməsi üçün Azərbaycan diplomatik müstəvidə danışıqlar aparır. Ermənistan ilkin olaraq sülh şətlərini qəbul edib. Amma Ermənistan bu yolda real addım da atmalıdır.Azərbaycan heç bir ölkədən kömək almadan, öz iqtisadi potensialı, gücü hesabına Qarabağda bərpa, yenidənqurma işləri aparır. Buralara işğaldan az sonra gəlib erməni vandalizmini görüb heyrətə gələnlər, 3 il sonra bir də gələndə yeni görükəmdən valeh olur. Bunu xarici eksptlər, eləcə də rayon sakinləri də qeyd edirlər. İşğaldan azad olunan ərazilərdə bütün işlər beynəlxalq standartlar çərşivəsində aparılır. Prezident yerli sakinlərlə görüşdə bildirib ki, bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq: Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik. Burada şəhər tamamilə yenidən qurulur.Nəzərə çatdıraq ki, Azərbaycanda uşaq və gənclərin təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır. Burada yeni nəslin təhsil alması üçün müasir standartlara cavab verən təhsil ocaqları da tikilir. Cənab Prezident görüşdə bu məsələyə toxunaraq deyib ki, məktəb və ailə gənclərin doğma torpaqlarımıza qayıtmağının vacib amilidir: Biz qoymadıq ki, gənclər doğma torpaqlarını unutsun. Qoymadıq ki, Qarabağ mövzusu silinsin. Halbuki bunu bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi. Yeri gəlmişkən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik 1 nömrəli tam məktəb inşa edilib. Bu ilin avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva bu məktəbin açılış mərasimində iştirak ediblər. Füzuli sakinləri ilə görüşdə həmin məktəbin qadın müəllimi çıxış edərək cənab Prezidentə öz ürək sözlərini deyib: bu gün oktyabrın 17-si Füzuli bayramı – “Füzuli Şəhəri Günü” biz füzulililər üçün həqiqətən də həm sevindirici, həm də qürurverici bir gündür. Bu gün Füzulimizin 30 il işğal altında olan, erməni vandalizminə məruz qalan gözəl Füzulimizin yenidən daha gözəl, daha müasir şəkildə qurulması həqiqətən də bizim üçün çox xoşbəxt anlardır. Artıq biz Füzuli sakiniyik, artıq burada daimi yaşayırıq və Sizi, eyni zamanda, Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin kollektivi adından salamlayırıq.
Azərbaycan Prezidenti Qarabağ məsələsindən, dövlətimizin ərazi bütövlüyündə danışanda hər zaman şəhidlərimizi də yad edir. Əsasən işğaldan azad olunan ərazilərdə olarkən bu yolda şəhid olanları xüsusu qeyd edir. Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə də dövlət başçısı deyib ki, əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik: Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki