image-qanunla-reklam
image-1672995860-zefer-10-12-paradi_1639154021

Azərbaycan ordusu Cənubi Qafqazın ən güclüsü seçildi

image-lady-day-az

Azərbaycan ordusu 2023-cü ilin yanvarında hərbi gücünə görə Cənubi Qafqazda birinci olub. 

“Qanunla.az” xəbər verir ki, bu barədə ABŞ-ın beynəlxalq analitik mərkəzi olan “Global Firepower” dünya ordularının gücü ilə bağlı 2023-cü il hesabatını dərc edib.

Həmin təhlilə əsasən, Azərbaycan ordusu 2023-cü ilin yanvarına 145 ordu arasında 57-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, sözügedən araşdırmalara görə, 2022-ci ildə Azərbaycan ordusu dünyada 63-cü sırada idi.

Onu da deyək ki, hesabatda Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir.

2023-cü il hesabatına görə, Türkiyə dünyada 11-ci, İran isə 17-ci yerdədir. Müharibədən əziyyət çəkən Ukrayna 15-ci yerdədir.

İlk beşlik isə ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniyadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki