image-qanunla-reklam
image-1696231275-008

Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub

image-lady-day-az

Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub

Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyini davam etdirir. Oktyabrın 2-də Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi öz işinə başlayıb. Azərbaycan müstəqil dövlət olaraq mühüm nailiyyətlərə imza atıb və bu proses davam edir. Ölkəmiz özünün yeni inkişaf paradiqmalarını müəyyənləşdirib ki, kosmik sahə də bu sırada yer alır. Prezident cənab İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında respublikamızın kosmik sahənin inkişafı ilə bağlı hədəflərini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.

Ötən illər ərzində Azərbaycan inkişaf edərək beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutub, Cənubi Qafqazın lider dövlətinə çevrilib. Dövlətimizin xarici siyasəti bütün ölkələrlə normal, bərabərhüquqlu əsaslanan münasibətlər qurmaqdan ibarət olub. Eləcə də, ölkəmiz beynəlxaqlq təşkilatlarla fəal əməkdaşlıq edir, dünyada etibarlı tərəfdaş kimi tanınır. Hazırda Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Ölkəmiz dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir və belə bir təşkilata sədrlik etmək şərəfinə biz 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşük. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir. Eyni zamanda, Azərbaycanın Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir. Bu, tam açıq gündəlikdir və artıq qeyd etdiyim kimi, əməkdaşlığa və daha geniş regional iştirak və inklüzivliyə yönəlib. Dövlət başçısının dediyi kimi, Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdənik. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.

Bu gün beynəlxalq tədbirdə Ermənistanın 30 il ərzində ölkəmizə qarşı işğalçı siyasəti, onun nəticələri və Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verilib: “Əlbəttə, belə bir möhtəşəm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Bakıda davam edən 74-cü Beynəlxalq Astronavtika Konqresi ölkəmiz üçün çox önəmli beynəlxalq platformadır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir

Zəngin ehtiyatlarından səmərəli istifadə etməklə Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqları ehtiva edən müstəqil siyasət sayəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda əməkdaşlığın səmərəli nəticələrinin təzahürüdür.

Əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyir. Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə üstünlük verir. Dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi tanınır. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Hazırda dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar.

Yeni enerji strategiyasına uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra uğurlu layihələrə imza atılmışdır. Son illər dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Artıq özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Yeni enerji strategiyasının mühüm məsələlərindən biri də enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılmasıdır.  Ümummilli lider Heydər Əliyevin neft strategiyasının tərkib hissələrindən biri də neft marşrutlarının alternativliyinə nail olmaq idi. Neft marşrutlarının şaxələndirilməsi Azərbaycanın hər hansı bir dövlətdən iqtisadi asılılığına son qoymaqla yanaşı, ölkəmizin milli mənafeyinə xidmət edir.

Bu gün Azərbaycan Respublikası dünyanın etibarlı enerji təminatçısına çevrilir. Enerji istehsal edən obyektlərin tikintisi, enerjinin istehsalı, ixracı, nəqli, bu sahədə əməkdaşlıq üçün dünya dövlətləri ilə qarşılıqlı işgüzar əlaqələrin qurulması, bir sözlə, enerji sahəsində bütün işlər kompleks şəkildə həyata keçirilir. Ölkə başçımızın yürütdüyü siyasət Azərbaycanı regionun aparıcı investisiya qovşağına çevirib və öz pullarını ölkədəki perspektiv layihələrə yatırmaq arzusunda olanların sayı bunu təsdiqləyir. Bunun üçün lazımi şərait yaradılıb ki, buraya yüksək potensial, dövlət siyasətinin alternativ enerjinin inkişafı və yeni hüquqi bazaya yönəlməsi daxildir.

 Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki