Ötən gün Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol şəhərsalma naziri Məhəmməd İslami arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni köprünün tikilməsi ilə bağlı razılığa gəlib.