image-qanunla-reklam
image-bez-nazvaniya

Azərbaycan İƏT-ə üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir

image-lady-day-az

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə də önəm verilir.

Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir: “1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan sözügedən qurum 1985-ci ildən etibarən İqtisadi Əmək­daşlıq Təşkilatı adlandırılmağa başlayıb. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlət­lərin iqtisadiyyatının dünya iqtisadiy­yatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərə­li istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransı nda müşahidəçi statusu alıb. Hal-hazırda Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, və Özbəkistan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləridir. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür”.

Politoloq söyləyib ki, Prezident İlham Əliyevin Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubunda da qeyd edildiyi kimi iclasın Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir: “Onu da qeyd edim ki, bu il oktyabrın 4-5-də İranın Ərdəbil şəhərində İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin 5-ci iclasında səsvermə nəticəsində Şuşa şəhəri təşkilatın 2026-ci il üçün turizm paytaxtı seçilib. Şuşada keçirilən iclası əlamətdar edən digər bir səbəb də sözsüz ki, ölkəmizin yaşadığı əlamətdar və tarixi dövrlə bağlıdır. Bu günlərdə xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Gürcüstanın vasitəçi qismində iştirakını daha arzuolunandır

Cənab prezident də iclas iştirakçılarına müraciətində otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulmasını beynəlxalq hüququn və ədalətin təntənəsi adlandırdı. Prezidentin tədbir iştirakçılarına ünvanladığı məktub həm Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından, həm də perspektiv əməkdaşlıq imkanlarının təqdimatı baxımından vacib mesajlarla zəngin idi. Dövlət başçısı bir daha regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycanın 3+3 əməkdaşlıq formatını irəli sürdüyünü xatırlatdı. Xatırladım ki, bundan bir neçə gün əvvəl Gürcüstana səfər edən ölkə başçısı orada da Cənubi Qafqazda olan porblemlərin Cənubi Qafqazda həll olunmasının vacibliyini bəyan edərək Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Gürcüstanın vasitəçi qismində iştirakını daha arzuolunan olduğunu bildirmişdi”.

İşğal dövründə 67 məscidimizdən 65-nin yerlə-yeksan edilməsi faktı erməni vandalizminin miqyasını, onların islama və müsəlman aləminə münasibətini sübut etməyə kifayət edir: “Prezident bir daha Ermənistana müraciət edərək hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yarandığını bildirdi. 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biriin də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyan olduğunu deyən dövlət başçısı işğal dövründə 67 məscidimizdən 65-nin yerlə-yeksan edilməsi, qalan məscidlərdən isə heyvan saxlanılması üçün istifadə olunduğunu bildirdi. Təkcə bu fakt erməni vandalizminin miqyasını, onların islama və müsəlman aləminə münasibətini sübut etməyə kifayət edir. Prezident haqlı olaraq bununla təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunduğunu bildirdi. Prezident məktubunda digər bir vacib məsələyə ölkəmizin tranzit ölkə statusuna da toxundu. Ölkəmizin etibarlı tranzit ölkə olduğunu və bizim nəqliyyat-logistika infrastrukturumuzun bütün İƏT ölkələri üçün açıq olduğunu bəyan edən ölkə başçısı Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəflədiyimizi də görüş iştirakçılarıın nəzərinə çatdırdı”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan daim bölgədə sülh təşəbbüslərinin müəllifi olub

Oktyabrın 10-da ölkəmiz növbəti beynəlxalq tədbirə ev sahibliyi edib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində bu kimi  nüfuzlu tədbirlərin keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir.

İlk növbədə qeyd edilməlidir ki, ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi də bu baxımdan əlamətdar hadisədir.

Tədbirin əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.  Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.

Azərbaycan hər zaman sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Tədbirdə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb.

Qeyd edilib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır. Bu tarixi fütsətdən Ermənitan istifadə etməlidir.

44 günlük Vətən müharibəindəki Qələbədən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalından azad edilən əzəli torpaqlarımızda  genişmiqyaslı  bərpa-quruculuq işlərinə başlanılıb. İşğaldan azad edilən şəhərlərin baş planları təsdiq edilib. Burada regionun beynəlxalq statusunu artıran layihələr həyata keçirilir. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilib, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilib. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.

Bu ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində bizə dost və qardaş olan Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu daölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Şuşa şəhərində baş tutan İƏT-in Nazirlər Şurasının 27-c iclası açıq və səmərəli müzakirələrin aparılması baxımından uğurlu beynəlxalq platformalardan biridir

“Nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. Azərbaycanın şanlı zəfərinin zirvəsi olan Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi, mühüm siyasi diskusiyaların aparıldığı mədəniyyət mərkəzinə çevrilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın tarixinin, mədəniyyətinin, eləcə də, şanlı zəfərininin və genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyada təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə vurğulamalıyıq ki, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi Azərbaycan mədəniyyətinin, tarixininin və şanlı zəfərinin təbliği istiqamətində olduqca mühüm hadisədir”.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir:

“Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritet istiqamətləri öz əksini tapmışdır.

Onu da qeyd edək ki, İƏT-ə üzv olan ölkələr Azərbaycanın haqq-ədalət mübarizəsinə adekvat münasibət bildirmiş, ölkəmizin mövqeyini dəstəkləyiblər. Beləki, təşkilata üzv dövlətlər keçmiş Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər”.

Şuşa şəhərində baş tutan İƏT-in Nazirlər Şurasının 27-c iclası açıq və səmərəli müzakirələrin aparılması baxımından uğurlu beynəlxalq platformalardan biridir:

Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır. Bu baxımdan deməliyik ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlərdə ölkələrin bir-birinin maraqlarına hörmət prinsipini rəhbər tutaraq, əməkdaşlığa açıq ölkədir. Dövlətimiz regional və beynəlxalq müstəvidə yürütdüyü siyasətdə hər zaman sülh və əməkdaşlıq prisiplərini üstün tutub.

Azərbaycanın öz ərzisində seperatizmə son qoyması formalaşan yeni dünya nizamında regionun inkişafı və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

İşğal dövründə xalqımızın başına gətirilən bütün fəlakətlərə rəğmən Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.

Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi ölkəmizin getdikcə yüksələn beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Birmənlı olaraq qeyd edə bilərik ki, bu toplantı ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün son dərəcə effektiv və əhəmiyyətli platformadır. Hazırda İƏT-ə sədrlik edən Azərbaycan təşkilatıa üzv dövlətlərlə münasibətlərinə hər zaman xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından da unikal imkanlara malikdir. Ümumiyyətlə əməkdaşlığa hər zaman açıq olan Azərbaycan təbii ki, İƏT çərçivəsində də mövcud əməkdaşlıq əlaqələrinin şaxələnməsi və müxtəlif sahələrdə genişlənməsi təşəbbüsləri ilə çıxış edir. Bütün bu məqamlar Ölkə Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətində öz əksini tapıb. O cümlədən dövlətimizin başçısı Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsini də əlamətdar hadisə kimi qiymətləndirib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı irimiqyaslı bərpa-quruculuq işləri bütün beynəlxalq aləm kimi, İƏT üzvləri tərəfindən də maraqla və diqqətlə izlənir: “Əlbəttə ki, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi barədə qərar təsadüfi qəbul edilməmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri və birbaşa rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində həyata keçirilmiş vacib infrastruktur layihələri bu regionun beynəlxalq statusunu artıran vacib amillər kimi çıxış edir. Artıq Füzuli və Zəngilanda iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü beynəlxalq hava limanı isə hazırda Laçında inşa edilir. Bütün bunlar əlbəttə ki, beynəlxalq ictimaiyyətin nəzərindən qaça bilməz. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə yanaşı, eyni zamanda da həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli zəmin yaradır.” Azərbaycan üç il bundan öncə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə ərazilərinin işğalına son qoydu. Bu ilin aprel ayında ölkəmiz özünün ərazi bütövlüyünü və sentyabr ayında bütün ərazisində suverenliyini tam olaraq bərpa etdi. Cənab Prezident İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. İşğal dövründə xalqımızın başına gətirilən bütün fəlakətlərə rəğmən Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Məlum olduğu kimi, Azərbaycan regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edir. Ölkəmizin irəli sürdüyü 3+3 əməkdaşlıq formatı da məhz bu prinsipin əsasında müəyyən edilib.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyətlidir.

Cənab Prezident Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu və bu təşkilat çərçivəsində çoxtərəfli və ikitərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bir daha bəyan etdi. Təşkilatda birləşən dövlətlərin nəhəng iqtisadi potensialından daha səmərəli istifadə üçün real imkanlşara malik olduğunu bildirdi.

İlham Əliyev bununla da Azərbaycan əməkdaşlığa açıq ölkə olduğunu bir daha təsdiq etmiş oldu.Azərbaycanın son illər və son həftələrdə yaşadığı əlamətdar tarixi günləri xatırladan Prezident İƏT-in Şuşa şəhərinin 2026-cı il üçün turizm paytaxtı elan edilməsini də xüsusi vurğuladı. Bu qərarı qəbul etməklə İƏT kimi bir nüfuzlu təşkilat Azərbaycanın haqq işinə mənəvi dəstək verib”Prezidentin məktubunda Azərbaycanın bütün ərazilərində öz suverenliyini bərpa etməsini və Qarabağda 30 il mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulmasını beynəlxalq hüququn və ədalətin təntənəsini qeyd etməsini gələcək rifahın özülü kimi dəyərləndirir.

“Azərbaycanın regional məsələlərin məhz region ölkələrinin dominantlığı ilə həllinə tərəfdar olduğunu və 3+3 əməkdaşlıq formatını irəli sürdüyünü yada salaq. Bu o deməkdir ki, Azərbaycan regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın da iqtisadi tərəqqinin bir hissəsi olmasına tərəfdardır. Ancaq bunun üçün yaranmış tarixi fürsətdən yararlanmaq və sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Bu müqavilə təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli olmayacaq. Bu sülh müqaviləsi Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi fürsət verir”.Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyətlidir.

“Həyata keçirilə layihələr bölgənin  logistika imkanlarına yeni nəfəs verəcək. Dəmir yol xətləri, şose yolları Şimaldan Cənuba, Şərqdən Qərbə doğru uzanan logistik arteriyaların əsas qovşağı olacaq. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.

Cənab Prezident görülən quruculuq və bərpa işlərində qardaş ölkələrin dəstəyini də heç zaman unutmur. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.Bu gün hamıya bəllidir ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.

İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platforma olduduğunu bir daha bildirməklə, eyni zamanda Nazirlər Şurasının 27-ci iclasının Şuşada keçirilməsinin ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafına töhfə verəcəyini ifadə etdi. Regionun inkişafına işıq salan Şuşa toplantısının ən ciddi nəticəsi odur ki, inkişaf və çiçəklənmə üçün daima irəliyə baxmaq, daima çalışmaq lazımdır. Bunun ən bariz nümunəsini isə cənab Prezident başda olmaqla Azərbaycan dövləti göstərir”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir.

Müharibə sonrası Azərbaycan qarşısında azad olunmuş ərazilərinin yenidən tikilməsi və bərpası, bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm vəzifə dayanır. Bu işlərin mərkəzində on illiklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin etmək dayanır. Zaman, maliyyə və ciddi səylər tələb edən bu prosesdə Azərbaycan tək deyil, dost və tərəfdaş ölkələr bizimlə birlikdə azad olunmuş ərazilərin yenidən canlandırılmasında iştirak edirlər. Qarşıdan gələn illərdə biz, ilk məcburi köçkünülərin öz evlərinə geri qayıdışının şahidi olacağıq.

30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilən qeyri-qanuni fəaliyyət, beynəlxalq hüquq pozuntuları, müharibə cinayətləri, o cümlədən urbisid, kultursid, ekosid cinayətlərinin araşdırılması və bu pozuntulara görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılıb və bu addımlar növbəti mərhələdə davam edəcəkdir. Günahkarların cəzalandırılması, ədalətin təmin olunması və gələcəkdə bu halların təkrarlanmasının qarşısının alınması baxımından vacibdir.

Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir.

Münaqişənin bitməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və hər kəs bu reallıqları qəbul etməlidir. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki