image-qanunla-reklam
image-1668149661_1655794107276

Azərbaycan hərbi xərclərini niyə artırır? – AÇIQLAMA

image-lady-day-az

“Gələn il üçün Azərbaycanın dövlət büdcəsində hərbi xərclərə ayrılacaq vəsaitin artırılması olduqca vacibdir”.

Bunu “Qanunla.az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, hərbi xərclər Azərbaycan Silahlı Qüvvələrinin bütün sahələrini əhatə edəcək:

“Buraya şəxsi heyət, maddi-texniki təminat, yeni silah-sursatların alınması daxildir. Burada ən müasir texnologiyalara əsaslanan yeni silahların alınmasından söhbət gedir. Bölgədə vəziyyət elədir ki, yeni silahların alınması vacibdir. Hələ Ermənsitanla sülh müqaviləsi imzalanmayıb, həmçinin, bəzi qonşularımızın özünü necə aparmalarını görürsünüz. Azərbaycan Ordusu günü-gündən möhkəmlənir. İki il bundan əvvəllə müqayisə etsək, indiki Azərbaycan Ordusu daha güclüdür və bunu hər kəs bilməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki