image-qanunla-reklam
image-1693301141-1661514191_ilham

Azərbaycan etibarlı tranzit  ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır

image-lady-day-az

Azərbaycan etibarlı tranzit  ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır.

10 oktyabrda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi çox önəmlidir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi məkan olub. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Məhz buna görə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi çox sevindirici bir hadisə oldu.Düşünürəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası yeni əməkdaşlıq imkanları ətrafında açıq və səmərəli müzakirələrin aparılması üçün əhəmiyyətli platformadır.

Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğunun təmin olunmasıdır. Əks halda hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin edilməsindən söhbət belə, gedə bilməz. Hazırda ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir.
Azərbaycan etibarlı tranzit  ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub.
Erməni silahlı birləşmələri 30 ilə yaxın işğal altında saxladıqları Qarabağın şəhər və kəndlərində, eləcə də digər bölgələrdə Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, şəhər və kəndlərimizi xarabalığa çevirmişlər. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktının aşkarlanması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.
Şükürlər olsun ki, artıq uğurla icra  edilən “Böyük Qayıdış” proqramı çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub və növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.
Bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran, möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti bərpa etdi. Hazırda xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Elə bu günlərdə işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müəssisəsi aşkar olunub. Belə ki, ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər.

Qədim hərflər və şəkillər, xaçlar daşlara çəkilir, döyülür və bir müddət sirkə həllində saxlanılır, sirkənin təsirindən turşuma prosesi gedir və rəngini dəyişən “tarix nümunələri” qədim və köhnə görünüş qazanır. Sonra bu daşları Qarabağ ərazisində basdıraraq özlərinin buradakı tarixi və mədəniyyəti kimi qələmə verirlər. Məlumatlara görə, Ermənistanda da belə müəssisələr çoxdur və onlar son onilliklərdə müasir elmin də nailiyyətlərindən istifadə etməklə, xeyli “qədim erməni abidəsi” düzəldiblər.

Göründüyü kimi erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.

Bundan başqa, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib.

Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu. Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin düşmən ölkəyə daşınılması faktı aşkarlanıb. İşğalçının digər yaşayış məntəqələrimizdə də vandal hərəkətləri müəyyənləşdirilib. Arxeoloji eksponatların oğurlanması, İrəvana aparılması təsdiqlənib. Düşmən bununla kifayətlənməyərək, işğaldan azad edilən ərazilər boşaldılarkən, həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi dağıtmaqla bərabər, torpaqları minalayır, işğalçı ordu hərbi hissələri dağıdır, yaşayış məntəqələrindən çıxarkən meşələri və evləri yandırır, hətta məktəblərə belə od vurmaqdan çəkinmir.

Rusiya sülhməramlıları da Azərbaycanın Kəlbəcər bölgəsindən çıxmazdan əvvəl ağacları kəsən ermənilərin davranışlarından və vandalizmindən təəccübləniblər. Onlar ermənilərdən niyə burada təbiəti məhv etdiklərini soruşsalar da, dəqiq cavab ala bilməyiblər.

Yeri gəlmişkən, Fransanın “Le Monde” nəşrində dərc edilən “Ruhlar şəhəri” məqaləsində də erməni vandalizmindən bəhs edilir. Məqalədə deyilir: “Torpaqlarını geri qaytaran Azərbaycan Ordusunun qarşısına yalnız “ruhlar şəhəri” çıxır: mərmilərlə “şumlanmış” səngərlər, dağıdılmış qəbiristanlıqlar, minalanmış ərazilər…”

Müəllif Tavinyo qeyd edib ki, dağıntıların aşağı hissəsindəki bitkilərin içərisindən parçalanmış cəsədlərin dəhşətli qoxusu gəlir. Bir kilsənin qərb fasadı hələ də ucalmaqdadır. Bu, məhəllədə ən hündür divardır. Divarın yuxarı hissəsində dairəvi kilsə pəncərəsi olmalıdır. Amma heç kim bu məbədin hansı dini konfessiyaya aid olduğunu, hətta adını belə, dəqiq bilmir. Çünki 1993-cü il avqustun 23-dən Füzulidə heç kim yaşamır.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri tərəfindən viran və talan edilən Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bugünkü görünüşləri bütün deyilənlərin sübutudur. Bugünlərdə beynəlxalq jurnalistlərin Füzuliyə səfərində dünyanın aparıcı media orqanlarının nümayəndələri iştirak edirdilər. Onlar ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə gördülər, sənədləşdirdilər.Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına böyük imkanlar yaratmaqla bərabər, həm də türkdilli ölkələrin əsas magistral kəməri statusu qazanan Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin genişlənməsində, yeni münasibətlərin yaranmasında mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin təntənəsi olan BTC Azərbaycanın xarici siyasətinin formalaşmasında, dünya dövlətləri arasında siyasi və iqtisadi nüfuzunun artmasında mühüm rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli 2002-ci ildə  Bakıda,  Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulmuş, 2004-cü ildə isə “Gülüstan” sarayında  Azərbaycan, Gürcüstan və Türkiyə  hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri boru kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün layihənin son maliyyələşmə sənədlər paketini imzalamışlar. 2006-cı  ildə  Türkiyənin  Ceyhan  şəhərində açılış mərasimi keçirilən,  XXI əsrin ən  böyük  enerji  layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin  ümumi uzunluğu 1767 kilometr,  istismar  müddəti 40 il, orta ötürücülük  qabiliyyəti  isə  gündə 1 milyon bareldir.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Mərkəzi  Asiya ölkələri  öz enerji  resurslarını  dünya bazarlarına çıxarmaq üçün daha əlverişli və etibarlı tərəfdaş olaraq Azərbaycanla əməkdaşlığa üstünlük verdilər. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının nəqlində müstəsna rol oynayır. Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması isə ölkəmizin enerji sahəsində yeni bir mərhələnin başlanğıcıdır.Qazaxıstanın əsas ixrac marşrutu Rusiya ərazisindən keçir. Belə ki, Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitlə ixracı üçün Xəzər Boru Kəməri Konsorsiumu yaradılmışdır. Ümumi uzunluğu 1511 kilometr olan və Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən Konsorsium Qazaxıstan neftinin əsas ixrac marşrutu olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir.     Mərkəzi Asiya ölkəsindən  nəql olunan  neftin 80 faizindən çoxu Tengiz-Novorossiysk  boru kəməri  vasitəsilə  ötürülür.  Rusiya illik tutumu 67  milyon ton neft olan  kəmərin  fasiləsiz olaraq  fəaliyyətini  təmin edə bilmir. Buna görə də Qazaxıstan Rusiyadan asılılığını azaltmaq məqsədilə daha etibarlı ixrac marşrutu axtarır.Belə ki, ötən il Qazaxıstanın Rusiyadan başqa marşrutlarla neft ixracı 2021-ci illə müqayisədə 638 min ton artaraq  1,8 milyon tona (gündə 36 min barel) çatıb.  Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qazaxıstan neftinin ixracı nisbətən az olsa da, Moskvanın 2022-ci ilin fevralında Ukraynada hərbi  əməliyyatlara başlaması  səbəbindən Rusiya  limanları alıcılar  üçün təhlükəli oldu.  Bu isə neft və qaz ixracatçısı olan  bir çox ölkələr  kimi Qazaxıstanı da Rusiya neft kəmərləri ilə əlaqəsi olmayan marşrutlara üstünlük verməyə sövq etdi. Bu baxımdan, keçmiş sovet dövlətləri arasında Rusiya ilə ən uzun quru sərhədinə malik olan Qazaxıstan qonşusu Rusiyadan asılılığı azaltmaq üçün BTC vasitəsilə ixracını artırmağa çalışır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Rusiyadan,  o cümlədən  onun  nəhəng neft kəmərləri və limanlar  şəbəkəsindən asılılığını  məhdudlaşdırmaq  istiqamətində düşünülmüş addımlar atır. Belə ki, Xəzər dənizindəki Aktau limanından Azərbaycana neft tədarükü ötən il 28875 ton olduğu halda, bu il 163436 tona yüksəlmişdir. Qazaxıstanın dövlət nəqliyyat şirkəti “Kazmortransflot” bildirib ki, bu ilin yanvar-mart  aylarında Bakı-Tbilisi-Ceyhan boru kəmərinə əlavə olaraq 104 min ton neft göndərilib.  Qazaxıstanın ticarət və inteqrasiya naziri Jumanqarin Serik Makaşeviç Azərbaycan-Qazaxıstan  Hökumətlərarası Komissiyasının 19-cu iclasının  sonunda jurnalistlərə  müsahibəsində  bildirib ki,  Qazaxıstan 20 milyon ton neftini Bakı-Tbilisi-Ceyhan  (BTC) neft boru kəməri ilə ixrac etməyi  qarşısına  məqsəd qoyub.Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Tengiz yatağından hasil  edilən Qazaxıstan neftinin  ilk  partiyası  bu  il aprelin 22-də Türkiyənin Ceyhan  limanından yola  salınıb.  ARDNŞ, KazMunayQaz,  Tengizşevroil, Kazmortransflot və onların  törəmə şirkətlərinin  nümayəndə heyətlərinin iştirak etdiyi yükləmə mərasimində 665 min barel    yük   “Alatau”  tankerinə yüklənib. Ceyhan limanından Qazaxıstan neftinin birinci partiyasının yola salınmas SOCAR və “KazMunayQaz” arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan önəmli addımdır. Bu, Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmərinin strateji rolunu və regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edir. Qazaxıstan neftinin BTC ilə nəqli ARDNŞ ilə “KazMunayQaz” arasında bağlanan sazişə əsasən həyata keçirilir və hər il 1,5 milyon ton neftin tranziti məqsədilə Qazaxıstan neftinin növbəti partiyasının Ceyhan limanında tankerə yüklənməsi nəzərdə tutulur. BTC Azəri-Çıraq-Günəşlidən hasil edilən nefti və “Şahdəniz” yataqlarından,  eləcə də digər  mənbələrdən  kondensatları daşıyır. BTC-nin hazırkı ötürmə qabiliyyəti sutkada 1,2 milyon barel  və ya  ildə 50 milyon  ton  təşkil edir. BTC boru kəməri istismara verildiyi vaxtdan 2022-ci ilin sonuna  kimi  ümumilikdə 3,99  milyard  barel xam neft daşıyıb,5244 tankerə  yüklənərək dünya bazarlarına  göndərilib. 2023-cü il yanvarın 18-də BTC  4 milyard  barel neft  ixrac edib. Bu inkişaf enerji sektorunda regional  əməkdaşlığın  genişləndirilməsində   və  Xəzər neftinin qlobal bazarlara nəqlinin  asanlaşdırılmasında  BTC boru  kəmərinin əhəmiyyətini  vurğulayır.Dünya bazarlarında risklər  artdıqca,  eyni zamanda inflyasiya gücləndikcə enerji sektorunda yeni habların yaranması prioritet məsələyə çevrilir. Zəngin qaz ehtiyatlarına malik olan Türkmənistan öz təbii qazını Avropa bazarına çıxarmaq üçün boru xətlərinə sahib deyil. Azərbaycanla Türkmənistan arasında anlaşmaya əsasən Türkmənistan ildə iki milyard kubmetrədək mavi yanacağını İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Böyük karbohidrogen ehtiyatlarına görə Türkmənistan yalnız Qərbin deyil, Türkiyənin də marağındadır. Ötən il Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun  geniş tərkibdə görüşü  zamanı ölkə başçımız demişdir:Azərbaycan,  Türkiyə və Türkmənistan nəqliyyat-logistika  sahəsində böyük  uğurlara imza atmışdır. Ölkələrimiz  tərəfindən bir çox layihələr  icra edilmişdir ki, bunlar  da öz növbəsində nəqliyyat bağlantıları  sahəsində əməkdaşlıq  üçün yeni  imkanlar  açır. Hər üç ölkədə bu sahəyə qoyulan  sərmayələr yeni,  müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb  və Şimal-Cənub  nəqliyyat  dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində  dəmir  yolu, avtomobil  nəqliyyatı  və hava nəqliyyatı  ilə bağlı olan bütün əsas layihələri icra etmişdir.  Bunun  nəticəsində Azərbaycan  önəmli  tranzit  ölkəsinə çevrilmişdir” .Bir sıra iri regional  və beynəlxalq enerji layihələrinin təşəbbüskarı və icraçısı olan Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru  kəməri  ilə Avropa və  digər beynəlxalq  bazarlara   Azərbaycanın və Mərkəzi Asiyanın enerji resursları daşınır.  Bu isə ölkəmizin həm  də tranzit  ölkə  kimi  əhəmiyyətini artırır.

 

Əlikram Həsənov

Saatlı rayon Qaracalar kənd tam orta məktəbin tarix müəllimi

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki