image-qanunla-reklam
image-297682876_367274875585253_5386975603853711332_n

“Azərbaycan əsgərinin Qələbə əzmi”

image-lady-day-az
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərəən Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Məmmədzadə Anar Nazim oğlunun doğum günü ilə bağlı “Azərbaycan əsgərinin Qələbə əzmi” mövzusunda tədbir keçrilib.
Şəhidin 23-cü doğum günü ilə bağlı keçirilən tədbirdə rayon ümümtəhsil məktəblərinin şagirdləri, könüllü gənclər iştirak edib.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə şəhidin döyüş yolundan söhbət açılmış, keçirdiyi qısa və şərəfli ömür yolundan söz açılıb, vətənpərvərliyindən bəhs olunub.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova şəhid Anar Məmmədzadə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin ilk günlərindən Anar bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib və qəhrəmancasına şəhid olub.
Tədbirdə digər çıxış edənlər şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, tədbirdə Anar Məmmədzadəyə həsr olunmuş film və videoçarx nümayiş etdirilib.
image-297682876_367274875585253_5386975603853711332_nimage-297434438_367274995585241_8809870216089466034_nimage-297601002_367275052251902_4083815343507644928_nimage-297605419_367275095585231_9147079545594393129_nimage-297593411_367275145585226_1613107927541062848_nimage-297694465_367275208918553_6881645165497559992_nimage-297562195_367275285585212_6869947135008321507_nimage-297508361_367275372251870_2407053533885600264_nimage-297532222_367275508918523_8044684532943358008_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki