image-qanunla-reklam
image-kapak_111049

Azərbaycan əməkdaşlığa açıq ölkədir

image-lady-day-az

Azərbaycan əməkdaşlığa açıq ölkədir.
Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Çünki hər bir müstəqil dövlətin həyata keçirdiyi özünəməxsus siyasətin əsas istiqamətini milli maraqlar təşkil edir. Son illər Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət sayəsində həm onun ətrafında əlverişli xarici mühit formalaşdırılıb, həm də milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməsi ilə səciyyələnir. Əldə edilən nəticələr Azərbaycanın qarşısına növbəti yeni vəzifələr qoyur və ölkənin uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Ötən həftə Azərbaycanın siyasi həyatında baş verən iki mühüm hadisə isə ölkə diplomatiyasının növbəti uğurları sırasına yazılmaqla barabər milli maraqların reallaşması baxımından da önəmli gerçəklik oldu.İqtisadi cəhətdən müstəqil olanda, sözsüz ki, daha müstəqil xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir.
Danılmaz faktdır ki, bu gün müstəqil Azərbaycan dövlətçiliyi öz varlığına görə ulu öndər Heydər Əliyevə borcludur. Xalqın təkidli tələbi ilə ümummilli liderin yenidən hakimiyyətə gəlişi dövlətin nəzəripraktiki əsaslarının formalaşdırılmasına imkan yaratdı. Ümummilli lider ərazi bütövlüyü pozulmuş, müharibə şəraitində olan və müxtəlif istiqamətlərdən gələn təhlükələrlə üz-üzə qalmış ölkənin qarşısında duran çoxsaylı vəzifələrin həllini təmin etdi. Heydər Əliyev müstəqil dövlət quruculuğunun bütün incəliklərini dəqiq müəyyənləşdirdi, böyük uzaqgörənliklə xarici siyasətin əsas prinsiplərini və istiqamətlərini konkretləşdirdi. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin kursu uğurla inkişaf etdirməkdədir. Azərbaycan diplomatiyasının qısa zaman ərzində beynəlxalq səviyyədə əldə etdiyi uğurların əsas səbəbi də məhz xarici siyasətdə varisliyin təmin edilməsi və Heydər Əliyev kursunun müasir reallıqlara uyğunlaşdırılmaqla tətbiq olunmasıdır. Bu gün dövlətimizin başçısının xüsusi diqqət yetirdiyi sahələrdən biri də diplomatik fəaliyyətdir.
Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər. Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər.
Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb.
21 yanvar tarixində imzalanmış saziş Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq.
Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialını səmərəli əməkdaşlığa transformasiya edə bilmişik.

Quliyev Ayaz
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki