image-qanunla-reklam
image-img_20231030_220602

Azərbaycan BƏƏ arasında siyasi əlaqələr inkişaf edir

image-lady-day-az

Starteji cəhətdən əhəmiyyətli və eyni zamanda mürəkkəb bölgədə yerləşən Azərbaycan həm öz milli maraqlarına, müstəqilliyinin qorunub möhkəmləndirilməsinə, həm də digər dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən xarici siyasət kursuna uyğun yol seçmişdir.Hal-hazırda respublikamızın xarici siyasətində Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi bir istiqaməti təşkil edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlətlərdən biri olmuş və iki dövlət arasında 1992-ci ilin 1 sentyabrdan diplomatik əlaqələr qurulmuşdur. İki ölkə arasındakı münasibətləri genişləndirmək məqsədilə 11 aprel 1997-ci il Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdir.1990-cı illlərdə Qarabağda baş verən hadisələri, erməni terrorçularının törətdiyi ağır cinayətləri özündə əks etdirən fotoların yer aldığı sərgilərin təşkil edilməsi, əmirliyin müxbirlərinin həqiqətlərimizi dünyaya çatdırmaq üçün tez-tez ölkəmizə gəlməsi və müharibə vəziyyətindən əziyyət çəkən soydaşlarımıza ərzaq, geyim və zəruri olan digər avadanlıqlarla yardım əlini uzatması Azərbaycan və BƏƏ arasındakı əlaqələrin inkişafına öz müsbət töhfəsini vermişdir. Bu il yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirildi. Cənab Prezident İlham Əliyev tədbirə dəvət olunanlar arasında xüsusi yer almış və tarixi çıxış etmişdir. Bu cür əhəmiyyətli tədbirdə yer alması respublikamızın dünya səviyyəsində artan nüfuzunun və zəngin neft-qaz potensialı ilə enerji təhlükəsizliyində mühüm rol oynayan əsas dövlətlərdən biri olmasının daha bir göstəricisidir. Cənab Prezident İlham Əliyevin Əbu-Dabidəki çıxışında qeyd etdiyi kimi 200 qiqavata yaxın bərpaolunan enerji potensialı malik ölkəmiz dünyanın daima diqqət mərkəzindədir.Bu gün Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər ən yüksək səviyyədədir və yüksələn xətlə inkişaf etməkdədir. Bu cür qarşılıqlı xoş münasibətə nümunə olaraq BƏƏ-nin 2022-ci ilin dekabrında Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müzakirəyə çıxardıqları anti-Azərbaycan qətnaməsinə qəti şəkildə etiraz etməsini qeyd etmək yerinə düşər.

Birləşmiş Ərəb Əmirliklərinin bu cür ədalətli mövqedən çıxış etməsi düşmənimizə və onun tərəfdarlarına qarşı apardığımız gərgin siyasi və diplomatik mübarizədə bizim üçün çox böyük önəm kəsb etməkdədir .
Hal-hazırda Azərbaycanda alternativ enerji stansiyalarının yaradılmasında əmirliyin şirkətləri yaxından iştirak edir. Ötən günlərdə Azərbaycan Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair imzalanan müqavilə də bu istiqamətdə inkişafına yönəlmişdir.Bu gün, xarici şirkətlərlə yeni müqavilələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək. Bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanda fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirlikləri şirkətlərindən biri “ Masdar” şirkətidir. Dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkəti günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaşlığa başlamışdır. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir.
Beləliklə, bütün bunlar onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Ümid edirik ki, bütün bunların həyata keçirilməsi ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafına, gələcəkdə əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək.Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində də əlaqələrimizin inkişaf etdirilməsi potensialı mövcuddur. Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına dövlət tərəfindən dəstək və bu sahənin inkişafına müvafiq subsidiyalar ayrılır. Hazırda Azərbaycan öz daxili bazarını ödəməklə yanaşı, qonşu dövlətlərə də kənd təsərrüfatı məhsullarını ixrac edir. Hesab edirik ki, ölkəmizin aqrosənaye məhsullarının ixracı baxımından Əmirlik bazarı da əlverişli ola bilər. Bu baxımdan da biz hazırda BƏƏ-də Azərbaycan kənd təsərrüfatı məhsullarının sərgisini təşkil etmək niyyətindəyik və bu istiqamətində müvafiq işlər aparırıq.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki