image-qanunla-reklam
image-1673982865-63c6ed207086863c6ed2070869167398121663c6ed207086463c6ed2070866-1

Azərbaycan 12 min meqavatadək külək və günəş enerjisi istehsal edəcək

image-lady-day-az

Azərbaycanın Energetika Nazirliyi ilə “Fortescue Future Industries” şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrası nəzərdə tutulur.

“Qanunla.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Davosda “Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşündə bildirilib.

Görüşdə, həmçinin ötən ay Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının önəmi vurğulanıb. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki