image-qanunla-reklam
image-1657351829-1656311660_a3be1fed43e3c5b5d65f9a5cbadeb7d6

Azad edilmiş ərazilərdəki layihələrin auditi aparılır

image-lady-day-az

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsaitlərin auditi aparılır.

“Qanunla.az” xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilən layihələrin icrasına 2020-2021-ci ildə başlanıb, onların başa çatması 2022-ci və sonrakı illərdə nəzərdə tutulub: “Hesablama Palatası tərəfindən bu istiqamətdə ayrı-ayrı layihələrin auditinə 2022-ci ilin fevral ayından başlanılsa da, obyektlərdə aparılan tikinti işləri davam etdiyindən ilkin nəticələr barədə yalnız aidiyyəti qurumlar məlumatlandırılıb. Audit tam başa çatdıqdan sonra məlumatlar müvafiq qaydada açıqlanacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki