image-qanunla-reklam
image-1396241

Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var

image-lady-day-az

Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var

Bu torpaqların 30 ilə yaxın müddətdə işğal altında olduğuna görə istifadəsiz qalması, işğalçı “vandallar” tərəfindən qeyri-düzgün istifadəsi, çirkləndirilməsi, strukturuinun dağıdılması səbəbindən demək olar ki, yararsız hala düşmüş, kənd təsərrüfatı dövriyyəsində birbaşa istifadəsi mümkünsüz olmuşdur. Hazırda bu torpaqlar    işğaldan azad edilmişdir və qarşıda duran ən vacib problemlərdən biri həmin torpaqların bərpası və maksimum səmərəli istifadə edilməsindən ibarətdir. İşğaldan azad olmuş ərazilərimizdə kənd təsərrüfatının inkişaf istiqamətlərini düzgün müəyyən etmək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadənin səmərəliliyini təmin etmək üçün torpaq örtüyünün xüsusiyyətlərini və onun kənd təsərrüfatına yararlılıq səviyyəsini nəzərə almaq olduqca vacibdir.

Uzun müddət işğal altında olmuş kənd təsərrüfatına yararlı torpaqlar istifadəsiz qalması, işğalçılar tərəfindən çirkləndirilməsi, strukturunun dağıdılması nəticəsində tamam yararsız hala düşmüş, kənd təsərrüfatı istehsalında birbaşa istifadəsi mümkünsüz olmuşdur. Müəyyən edilmişdir ki, işğal altında olmuş kənd təsərrüfatına yararlı torpaqlar keyfiyyət xüsusiyyətlərinə və məhsuldarlıq qabiliyyətinə görə respublikanın digər regionları ilə müqayisədə yüksək xüsusi çəkiyə malikdir. Ərazinin torpaq-iqlim xüsusiyyətləri burada kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin yüksək və səmərəli inkişafına imkan verir. İlk növbədə işğal altında olmuş elə ərazilərdən kənd təsərrüfatı istehsalında istifadə etmək lazımdır ki, həmin torpaqların mövcud vəziyyəti, relyef xüsusiyyətləri, suvarma imkanları, dəmyə şəraiti əkinçiliyin və ya heyvandarlığın inkişafı üçün əlverişlidir.

 

Zeynalov Səlim –Zərdab rayon Dəkkoba sakini, Dəkkoba kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki