image-qanunla-reklam
image-aygun-bag

Aygün Kazımovanın adına Bakıda bağ salındı

image-lady-day-az

Xalq artisti Aygün Kazımovanın 51 yaşı münasibətilə Bakıda bağ salınıb.

 

Qanunla.az xəbər verir ki, müğənni bu barədə öz İnstaqram səhifəsində paylaşım edib.

 

“Doğum günümə özəl olaraq Aygün Fan Klubundan qeyri-adi bir doğum günü hədiyyəsi aldım. Bu dəfə fanlarım mənə “Aygün bağı” saldılar. Mən də “50+1” aksiyasında iştirak etdim və ağac əkdim. Aksiyada iştirak edən fanlarıma, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllülərinə və ümumilikdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, – xalq artisti yazıb.

 

Qeyd edək ki, aksiya Hövsan qəsəbəsində keçirilib. Aygün Kazımovanın adına zeytun ağacları əkilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki