image-qanunla-reklam
image-1695028484-1066743668_0_0_3073_1728_1920x0_80_0_0_875e2472e3ee07be99a418df3421ff79

Avropa İttifaqı Türkiyəyə 400 milyon avro yardım ayıracaq

image-lady-day-az

Avropa İttifaqı Türkiyəyə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 400 milyon avro maliyyə yardımı ayıracaq.

“Qanunla.az” xəbər verir ki, Avropa İttifaqı Şurası Avropa Komissiyasının Rumıniya, İtaliya və Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 454,8 milyon avro ayırmaq təklifini qəbul edib. Yardım Aİ-nin 2023-cü il büdcəsindən gələcək.

“2022-ci ildə şiddətli quraqlığın baş verdiyi Rumınyaya 33,9 milyon, 2022-ci ilin sentyabrında intensiv yağışlar səbəbindən sel və daşqınlarla üzləşən İtaliyaya 20,9 milyon avro, 2023-cü ilin fevralında zəlzələ fəlakəti yaşayan Türkiyəyə isə 400 milyon avro yardım göstəriləcək”,-məlumatda əks olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki