image-qanunla-reklam
image-cecen-meyit-3

Avdeyevkada vəziyyət ağırdır, ərazi meyitlərlə doludur

image-lady-day-az

Hazırda Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında şiddətli döyüşlər gedir. Vəziyyət çox ağırdır. Ruslar çoxlu sayda canlı qüvvə ilə Ukrayna ordusunun mövqelərinə hücumlar edir.

Qanunla.Az xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” analitik qrupunun yaydığı hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, Rusiya ordusu hazırda Stepnoye yaşayış məntəqəsinə girməyə çalışır:

“Sutka ərzində boz zona bir az genişlənib, amma ruslar möhkəmlənə bilməyiblər. Artilleriya onları darmadağın edib. Ruslar hər cür vasitə ilə kəndə soxulmağa çalışırlar. Onlar artilleriyadan, dronlardan qaçmaq üçün evlərin xarabalıqlarında, vurulmuş texnikalarda gizlənir, xəndəklər qazırlar. Ərazi meyitlərlə doludur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki