Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:
– Auditorlar Palatasının 2022-ci il üzrə iş planının layihəsi;
– Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar keçirilmiş yubliley tədbirlərinin və beynəlxalq elmi-praktik konfransın nəticələri;
– “Auditorun şəxsi kabineti” sisteminin fəaliyyətinin təşkil edilməsi və təkmilləşdirilməsi;
– Keyfiyyətin idarə edilməsi layihələrindən irəli gələn Beynəlxalq Audit Standartlarına (BAS) və əlaqəli materiallara edilən müvafiq düzəlişlər barədə;
– Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması barədə;
– “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın nəticələrinə dair hazırlanmış Tövsiyələr.