image-qanunla-reklam
image-1667508541_1667507664_172724_fz3qio6cry

“Aslanlarımıza eşq olsun!” – Prezidentin köməkçisi

image-lady-day-az

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Tvitter” səhifəsində “Qarabağ” klubu ilə bağlı paylaşım edib.

“Qanunla.az” xəbər verir ki, Prezidentin köməkçisi Ağdam təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə “Frayburq”la keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb:

“Halal olsun Qarabağ Futbol Klubu!!! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!”.

Qeyd edək ki, “Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Turnirin qrup mərhələsinin altıncı turunda Azərbaycan çempionu Almaniyanın “Frayburq” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb. Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ” yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki