image-qanunla-reklam
image-1673246716-03e4fd34-ce2c-3683-a2a1-f5bbce1fa865_850

AQTA baytarlıq apteklərində nöqsanlar aşkarladı

image-lady-day-az

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gəncə, Naftalan şəhərləri və Göygöl, Daşkəsən, Goranboy, Samux rayonlarında fəaliyyət göstərən 42 baytarlıq aptekində monitorinq aparıb.

AQTA-dan “Qanunla.az”a verilən məlumata görə, yoxlama zamanı 32 adda istifadə müddəti bitən, 3 adda etiket məlumatları göstəricilərinə uyğun olmayan, 6 adda saxlanma şəraiti və temperatur rejiminə əməl edilməyən baytarlıq preparatı aşkar edilib.

Aşkar olunan nöqsanlarla bağlı aptek sahiblərinə icrası məcburi göstərişlər verilib və istifadəyə yararsız preparatlar məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki