image-qanunla-reklam
image-383994925_875764997236613_1888850228560843647_n

Antiterror tədbirlərin nəticəsi

image-lady-day-az

Antiterror tədbirlərin nəticəsi

Ermənistanın və onun maliyyələşdirdiyi separatçıların ölkəmizə, hərbçilərimizə qarşı həyata keçirdiyi təxribatları son aylarda kəskin şəkildə artmışdı, bu da  Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhdid yaradırdı.  Azərbaycanın həyata keçirdiyi 24 saatlıq lokal xarakterli  antiterror tədbirləri separatçıları ağ bayraq qaldıraraq, təslim olmağa məcbur etdi. Davamlı erməni təxribatları sentyabrın 19-da Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinə başlamasını zərurətə çevirdi. Müzəffər Azərbaycan Ordusu qısa zamanda öz istəyinə nail oldu, separatçılar isə təslim oldular.

Bu Azərbaycan dövlətinin qətiyyətinin, həyata keçirdiyi siyasətinin uğurunun nəticəsi idi. Bu siyasət Azərbaycanın həm də sülhsevər ölkə kimi atdığı addımlara da bir daha işıq saldı. Bu addımlardan biri də Ağdam-Xankəndi yolunun tam şəkildə işlək vəziyyətə düşməsidir. Azərbaycan 24 saatlıq lokal antiterror əməliyyatları ilə ərazisində qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğuna son qoydu və bütün suveren ərazisinə nəzarəti tam təmin etdi.

Bu tədbirlər nəticəsində əldə edilən mühüm nəticələrdən biri də Ağdam-Xankəndi yolunun tam işə düşməsidir. Bir sözlə, bundan başqa Ağdam-Xankəndi yolu artıq əsas funksional marşruta çevrilir.  Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Antiterror tədbirlərinin nəticəsi də təsdiqlədi ki, Qarabağ bölgəsində yaşayan erməni əhalisi hərbçilərimizin hədəfi deyildi. Qarabağda antiterror tədbirlərinin keçirilməsi bizim haqqımızdır. Vətən müharibəsindən sonra rəsmi İrəvan sülh müqaviləsini imzalamaqdan qaçmaqla bu əməliyyatı sürətləndirdi.

Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmiş və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Yüksək peşəkarlıq öz sözünü dedi. Əksər ərazilər separatçılardan təmizləndi və separatçılar ağ bayraq qaldırdılar. Parlaq antiterror tədbirləri ilə Azərbaycan Ordusu bütün dünyaya bir daha göstərdi ki, qarşısına qoyulan hədəfləri uğurla həyata keçirməyə qadirdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışdı.

Ermənilər 30 ilə yaxın idi ki, torpaqlarımızı işğal altında saxlayırdı və danışıqlar yolu ilə geri qaytarmaq istəmirdi. Azərbaycanın heç bir zaman başqasının torpağında gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını, daha doğrusu ədalətin bərpa olunmasını tələb edirdi. İllər boyu aparılan danışıqların isə heç bir nəticə vermədiyini görən Azərbaycan dövlətinin rəhbəri və xalqımız bilirdi ki, düşmən torpaqlardan sakitliklə çıxmayacaq. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edirdi.

Çünki sülhsevər Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə danışıqlara inanıb, diplomatik üsullara sadiq olub, beynəlxalq birliyə etibar edibdi. Bununla da xalqımızın etibarından sui- istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri  kağız üzərində qalırdı. İşğalçı Ermənistanın təcavüzkar tamahı gec-tez onları bitirəcəkdi, belə də oldu. Bu siyasət, təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edirdi. Çünki Azərbaycanın, türk dünyasının gündən-günə güclənməsini istəməyən dövlətlər qorxu içindədirlər. Separatçı niyyətli dövlətlərin qara düşüncələri özlərini qaranlığa sürükləyəcəkdir. Bu, tarixən belə olub. Ən ədalətsiz hal odur ki, beynəlxalq təşkilatlar ötən illər ərzində Ermənistana təsir etmədi. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi, bizim ərazilərimizi atəşə tutmasına dur, atəş açma, deyən olmadı. Bu hal Azərbaycan dövlətinin hüquqlarına ziddir. Torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi tələbini yerinə yetirməyən Ermənistan əksinə, işğalçılıq siyasətindən də bir addım irəli gedib, əraziləri, inzibati binaları, torpaqları, insanları hədəfə tutaraq atəşlər açır, hərbi cinayət törədirdilər. Bununla belə, Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub, bunu bütün dünya dövlətləri, beynəlxalq qurumlar da yaxşı bilir. Lakin illər boyu məsələyə göstərilən biganə münasibət xalqımızı yormuşdu.  Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca daim diplomatik üsullara müraciət edir  və danışıqlar yolu ilə məsələnin həllinə çalışırdı.

Lakin aparılan danışıqlara məhəl qoymayan və münaqişənin sülh yolu ilə həllindən boyun qaçıran işğalçı dövlət təcavüzkar siyasətindən əl çəkməyərək beynəlxalq hüququn norma və prinsiplərinə zərbə vurmaqda davam edirdi.  Ancaq növbəti dəfə Azərbaycana hücum etmək fikrinə düşən Ermənistan 44 günlük müharibədə layiqli cəzasını aldı. Ordusu darmadağın edildi, Müzəffər Azərbaycan ordusu döyüş meydanında tarix yazdı, işğala son qoyuldu. Azərbaycan demək olar ki, 30 illik uğursuz BMT prosesi və uğursuz ATƏT-in danışıqlar  prosesindən sonra 90-cı illərdə qəbul edilən dörd BMT qətnaməsini özü həyata keçirməyə məcbur oldu.  Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki