image-qanunla-reklam
image-598fa5bc-7931-312b-b50b-5dbc26f0af0a_850

ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb

image-lady-day-az

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Agentliyin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları ilə görüş keçirib.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, təhlükəli və məsuliyyətli minatəmizləmə faəliyyəti həyata keçirən ANAMA əməkdaşları Vətən müharibəsində şərəflə iştirak edərək torpaqlarımızın azad edilməsi uğrunda döyüşüblər.

Agentliyin əməkdaşları arasında şəhidlik zirvəsinə yüksələn əməkdaşı və qaziləri də var.

Döyüşlərlə bağlı təəssüratlarını paylaşan müharibə iştirakçıları, “Dəmir yumruq” əməliyyatı, Ordumuzun gücü və Azərbaycan xalqının birliyi və dəstəyi sayəsində zəfər əldə edildiyini bildiriblər.

Müharibə dövründə ANAMA əməkdaşları ordu sıralarında işğalçı ilə cəsarətlə döyüşdüyü kimi hazırda da torpaq altında yatan “gizli düşmən”lə qəhramancasına mübarizə aparır.

Agentliyin sədri V.Süleymanov qarşıda duran bütün öhdəlikləri böyük məsuliyyət hiss ilə yerinə yetirərək Böyük Qayıdışa töhfə verildiyini vurğulayıb.

Qeyd edək ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar ANAMA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə Müşviqabad qəsəbəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə kampaniyası keçirilib. Tədbirdə Agentliyin İdarə heyətinin sədri V.Süleymanov, ETSN-in məsul şəxsləri, Agentliyin Vətənmüharibəsi iştirakçıları və şəhid ailələrinin iştirakı ilə 1000 ədədə yaxın ağac əkilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki