image-qanunla-reklam
image-1667373720-semkir-i

Alimpaşa Məmmədovun 10 milyonluq əmlakına HƏBS QOYULDU

image-lady-day-az

Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun bir sıra əmlakları üzərinə həbs qoyulub.

Qanunla.az APA-ya istinadən məlumat verir ki, bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş həmin əmlaklar aşağıdakılardır:

1. “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)

2. “Abad Şəmkir” MMC-yə məxsus danışnan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)

3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)

Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq bitarək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki