image-qanunla-reklam
image-1695100630_cf88f890b04322c0f1887e1d80663320c12e1635

Aİ Somaliyə ərzaq yardımını dayandırdı

image-lady-day-az

Aİ-nin Somalidəki Ümumdünya Ərzaq Proqramı (WFP) üçün maliyyələşdirməsi kütləvi oğurluqların aşkarlanması səbəbindən müvəqqəti olaraq dayandırılıb.

“Qanunla.az” xəbər verir ki,  bu  barədə  Aİ  rəsmiləri məlumat yayıb.

“BMT-nin araşdırması aclığın qarşısını almaq üçün geniş miqyasda oğurluq və yardımdan sui-istifadə hallarını aşkar etdikdən sonra Avropa İttifaqının icraçı direktoru Somaliyə maliyyəni müvəqqəti olaraq dayandırıb”, – məlumatda deyilir.

BMT-nin araşdırması nəticəsində məlum olub ki, torpaq sahibləri, yerli hakimiyyət orqanları, təhlükəsizlik qüvvələri və yardım işçiləri vəsaitlərin oğurlanmasında iştirak ediblər.

Qeyd edilir ki, maliyyələşmə WFP əlavə şərtlərə cavab verdikdən sonra, o cümlədən tərəfdaşların Somalidə yerində yoxlanılmasından sonra bərpa olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki