image-qanunla-reklam
image-1698395653-1649272267-3

Aİ Qəzzaya 50 milyon avroluq humanitar yardım göndərəcək

image-lady-day-az

Avropa İttifaqı Qəzza zolağına 50 milyon avro dəyərində əlavə humanitar yardım ayıracaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Leyen mətbuat konfransında Qəzza zolağına ilk yardımın artıq çatdırıldığını deyib: “Biz Yaxın Şərqdəki vəziyyətlə bağlı uzun və gərgin müzakirə apardıq. Ümumi mövqe çox aydın idi. İsrail HƏMAS terror təşkilatının hücumuna məruz qalıb. İsrail beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə hüququna malikdir. Liderlərdən HƏMAS-ın heç bir ilkin şərt olmadan bütün girovları dərhal azad etməsinə dair güclü çağırış olub. Eyni zamanda, HƏMAS-ın terror fəaliyyətləri ilə Fələstin xalqına zərər verdiyi də məlum olub. Qəzzada humanitar böhranı həll etmək üçün səylərimizi davam etdirməyimiz Komissiya üçün çox vacibdir. Yardım Qəzza zolağına rəvan və sürətlə çatmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki