Ağstafada zəhərlənmə hadisəsi olub.
Rayon sakini, 39 yaşlı Sevinc Osmanova dəm qazından zəhərlənib.
Zərərçəkən yaxınları tərəfindən Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər S.Osmanovanın vəziyyətini sabit qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.