image-qanunla-reklam
image-images

Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir

image-lady-day-az

Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.

Zəngilan rayonunun işğaldan azad olunmasından üç il ötür. Azərbaycan xalqı Zəngilan rayonunun düşmən işğalından azad olunmasını böyük bir sevinc və fərəh hissi ilə qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 20 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunu işğaldan azad etməklə Vətən müharibəsinin gedişatında növbəti qələbəni Azərbaycan Xalqına ərmağan etdi. Hərbi əməliyyatlar “Dəmir yumruq”adlı hərbi döyüş taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Döyüş taktikalarının düzgün yerinə yetirilməsi, Cəbrayıl rayonunun işğaldan azad olunmasına imkan yaratmış oldu. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələri tərəfindən 18 oktyabr 2020-ci il tarixindən qanlı döyüşlərin başlaması 20 oktyabr 2020-ci il tarixdə şəhər mərkəzi başda olmaqla 4 qəsəbəsi və 49 kəndinin azad edilməsi ilə nəticələnmişdir. Zəngilanın azad olunması həm də 132-km uzunluğunda Azərbaycan–İran sərhədinin bərpası demək idi. Ali Baş Komandanın 20 oktyabr tarixində xalqa ünvanlanmış müraciətində Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətə malik olduğu ərazi kimi azad olmasının da nə qədər önəmli olduğunun göstərdi.

Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər.

Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Hazırda Zəngilanda bir sıra logistik layihələr həyata keçirilir. Zəngilanda inşa olunmuş hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradıb. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Zəngilan mühüm nəqliyyat qovşağıdır

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olundu və mənfur düşmənlərdən təmizləndi. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib.

Azad olunan ərazilər arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın potensialı orada böyük infrastruktur layihələrin həyata keçirilməsini qaçılmaz edir. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Şəhərin baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır, çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.

Zəngilan həm də nəqliyyat və logistik baxımdan seçilən rayonlarımızdandır. Çünki hava limanının istifadəyə verilməsi, Zəngilan üzərindən dəmiryolu və eləcə də avtomobil yollarının inşa edilməsi və gələcəkdə Zəngəzur dəhlizinə Zəngilanda formalaşan nəqliyyat şəbəkəsinin inteqrasiyası da nəticə etibarı ilə bu rayonumuzda logistikanın inkişafı baxımından da yeni imkanlar yaradacaq. Bölgənin yol infrastrukturu sürətlə şaxələnir. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.

 Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə dünya hərb tarixində yeni səhifə açdı. Bu möhtəşəm Zəfərlə 30 illik işğala son qoyuldu. Bu gün xalqımız Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində daşı daş üstdə qoymadığı, talan etdiyi yurd yerlərimiz yenidən qurulur.Azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşması üçün mühüm proqramlar reallaşdırılır. Artıq demək olar ki, Zəngilanın müxtəlif istiqamətlərində bu barədə fəal işlər gedir. Buna misal olaraq onu göstərmək kifayətdir ki, ilk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Respublika rəhbərliyi səviyyəsində infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi isə icra edilməkdədir. Zəngilanda əhalinin yenidən məskunlaşması üçün hər gün daha yeni layihələr reallaşdırılır. Sözsüz ki, əhalinin qayıdışı, yerləşməsi tam məskunlaşması üçün hər cür infrastrukturun yaradılması əsas şərtdir.

Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olaraq qiymətləndirilir. Bu hava limanının inşası həm də insanlar üçün asan çıxışı təmin edəcək. Ən əsas da gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki nəqliyyat infrastrukturu turizm üçün ən vacib məsələdir.

Bu gün azad olunmuş ərazilərə qayıdan əhalinin məşğulluq məsələsi ən ümdə duran məsələdir. Təsadüfi deyildir ki, artıq bu bölgədə yeni iş yerləri yaradılır, məşğulluq üçün baza formalaşdırılır. Çünki buraya, doğma yurduna qayıdan insanlar işlə təmin edilməlidir. Əslində işğaldan azad olunan ərazilərə Böyük Qayıdış Proqramının əsas tərkib hissəsi də məşğulluqla bağlıdır. Çünki insan resurslarının və məşğulluq siyasətinin formalaşdırılması ən önəmli faktor sayılmalıdır.

Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri, aparılan işlərin xüsusi diqqətdə saxlaması bir daha onu göstərir ki, Azərbaycan düşmənin viran etdiyi bu bölgəni dünyanın inkişaf etmiş məkanlarından birinə çevirməkdə qətiyyətlidir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycan bərpa-quruculuq işlərini heç bir ölkənin və beynəlxalq maliyyə qurumunun köməyi olmadan, təkbaşına həyata keçirir. Bu da ölkəmizin iqtisadi qüdrətinin əyani sübutu, işğaldan azad olunmuş şəhərlərimizin dövlətimizin gücü ilə bərpasının bütün dünyaya nümayişidir. Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhərləri artıq beynəlxalq səviyyəli tədbirlərin keçiriliməsi üçün əlverişli məkana çevrilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev torpaqların azad olunmasında göstərdiyi tarixi rəşadəti bu bölgənin quruculuğu ilə tamamlayır.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

 

 

Bütün Qarabağ inkişaf edir.

Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın dünyadakı hərbi və siyasi mövqeyini daha da möhkəmləndirdi, gücünü nümayiş etdirdi, müdafiə sənayesində əldə edilən uğurların davamlı olduğunu göstərdi. Postmüharibə dövrü çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları dəyərləndirən Prezident cənab İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi hədəflər bu gün uğurla reallaşmaqdadır.

Qarabağ və Şərqi Zəngəzur başdan yaradılır və tarixi diyarlarımız abadlıq məkanına çevrilir. Dövlətimizin başçısı cənab İlham Əliyev ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edib və onun rəhbərliyi ilə bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır, iri infrastruktur layihələr icra olunur. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

İllər ərzində vəhşi düşmən tərəfindən talanan, viran qoyulan və zorla didərgin salınan yüzminlərlə vətəndaşımızın həyat şəraitinin yaxşılaşdırılması, problemlərin həlli istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür. Zəfərdən sonra geniş quruculuq meydanına çevrilən Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynalxalq hava limanları tikilib istifadəyə verilir, elektrik enerjisi, su təchizatı və digər mühüm işlər görülür. O cümlədən yeni şəhərlərin, kəndlərin, inzibati və yaşayış binaların təməlləri atılır, açılışları həyata keçirilir.Tarixi ərazilərimizdə Azərbaycan dövlətinin həyata keçirdiyi bütün bu mühüm işlərlə dövlət başçısı cənab İlham Əliyevin həmin ərazilərə mütəmadi səfərləri zamanı daha yaxından tanış olur, bu yurdlarımızın qısa zamanda necə surətlə abadlaşdırıldığının, dirçəldiyinin əyani şahidi oluruq.

Zərdab rayon Gəlmə kənd tam orta  məktəbinin müəllimi -Səidə Tağıyeva 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki