image-qanunla-reklam
image-1659936499_images

“Ağa ağ deyiblər, qaraya qara” …

image-lady-day-az

“Azəriqaz” istehsalat birliyinin hər gün və respublikanın hər yerində öz işinin qüsursuz olması üçün böyük səylə çalışması, bizi yenidən bu mövzuda yazmağa vadar etdi.

Bəzən, bizi Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev kimi haqqında tənqid yazdığımız bir sıra qurum rəhbərləri və çalışanları adımızın “DogruXeber.az” olmasına baxmayaraq, doğruları yazmamaqda qınayırlar. Amma, biz hər zaman demişik, amalımız, hədəfimiz adımızın haqqını verməkdir.
Biz nə tərif etmirik, nə də tənqid. Biz yalnız doğruları yazırıq.

Sadəcə şükürlər olsun ki, az da olsa vəzifəsinin öhtəsindən böyük bacarıqla gələn qurum rəhbərləri və çalışanları var, onların barəsində dərc etdiyimiz materiallar isə kimlərəsə tərif kimi görünür.

İmam Əli (Ə) buyurur:
“Doğruluq ondan qorxsan da sənə nicat verər, yalan isə ondan özünə bir təhlükə hiss etməsən də, səni məhv edər.”[5]

Odur ki, başımızı tənqidə layiq işləyənlərlə qatıb, Azəriqaz İstehsalat Birliyinin direktoru Ruslan Əliyev kimi, sözügedən qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov kimi ləyaqətli, məsul şəxslərin də haqqını görməzdən gəlmək istəmirik.

Heç kimə sirr deyil ki, istər “Azəriqaz” istehsalat birliyində, istərsə də digər əksər dövlət qurumlarında Ruslan Əliyev kimi hər həftə”açıq qapı” adı altında media nümayəndələrinə və ictimaiyyətə açıq görüşlər keçirən, onların suallarını cavablandırıb, bildirdikləri problemlərin həlli istiqamətində dərhal aidiyyatı üzrə tapşırıqlar verən və həqiqətən də həll edən rəhbər olmayıb. Bəlkə də kağız üzərində belə bir layihələri olub, amma real icrasını “gördüm” deyən olmayıb.

"Ağa ağ deyiblər, qaraya qara" ...

Lakin, hazırda yay fəsli olmasına və bir çox qurum rəhbərlərinin, eləcə də dövlət qurumlarında çalışan şəxslərin məzuniyyətdə olmasına baxmayaraq, Ruslan Əliyev yenə də şəxsi Facebook hesabı üzərindən belə canlı yayımlar açır, vətəndaşların suallarını cavablandırır, müxtəlif yerlərdə yaranmış mavi yanacaqla bağlı problemlərdən xəbərdar olur və həlli üçün qurumun aidiyyatı şöbələrinə tapşırıqlar verir. Eləcə də Teymur Cəfərov rəhbərliyin tapşırıqlarından əlavə, özünün məlumat aldığı problemlərin də həlli üçün dərhal lazımi tədbirlər görür.

Təbii ki, rəhbər öz işinə belə dəqiq və məsuliyyətlə yanaşdıqda, tabeçiliyində çalışan şəxslər də bundan həm ibrət götürür, həm də itirmək qorxusu ilə işini qüsursuz icra etməyə çalışırlar. Nəticədə isə həm qurumun fəaliyyəti daha yüksək keyfiyyətlə davam edir, xalq da yeri gəldiyində həmin rəhbər şəxsin isə tərəfində dayanır.

“Elin gözü tərəzidir” deyiblər. Bu həqiqətən belədir və Azərbaycan xalqı hər kəsi olduğu kimi dəyərləndirməyi bacarır.
Düşünürük ki, adlarını çəkdiyimiz şəxslər də bugünə qədər öz dürüst fəaliyyətləri ilə xalqın etimadını doğrultmağı bacarıblar.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki