image-qanunla-reklam
image-1661403751_elm_0388_resize

ADNSU bu universitetlə əməkdaşlıq müqaviləsi imzaladı

image-lady-day-az

Avqustun 24-də Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru Kожамжарова Дария Пернешовна Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.

xəbər verir ki, ADNSU-da keçirilən görüşdə həmçinin, həmin universitetin Strateji İnkişaf və Beynəlmiləlləşmə üzrə prorektoru Искакова Айгул Толеутаевна və ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalav da iştirak ediblər.

Qeyd edək ki, qonaqlar Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində gəlib.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı onlara ADNSU haqqında ətraflı məlumat verib. Universitetdə 3 dildə təris aparıldığını qeyd edən rektor tədris prosesi, beynəlxalq əməkdaşlıq əlaqələri, ingilis dilində tədris, universitetin əcənəbi tələbələri və əməkdaşlıq oluna biləcək sahələrdən bəhs edib. Bunlarla yanaşı, universitetdəki HPC Mərkəzi, İT Akademiya, Startap Mərkəzinin fəaliyyətindən danışan rektor M.Babanlı ikili diplom, birgə elmi rəhbərlik, müəllim-tələbə mübadiləsinin  önəmini qeyd edib.
Qazaxıstan Dövlət Universitetinin rektoru Kожамжарова Дария Пернешовна ADNSU-nun neft üzrə kadr hazırlayan əsas ali təhsil ocaqlarından biri kimi nüfuzundan xəbərdar olduğunu deyib və bu universitetlə əməkdaşlıqda marqlı olduqlarını bildirb. Rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verən qonaq ikili diplom praqramlarının icrasından, ortaq elmi və təhsil layihələrinin həyata keçirilməsinin əhəmiyyətinidən və əməkdaşlığın inkişafı istiqamətində görüləcək işlərdən bəhs edib

Görüşdə Cənubi Qazaxıstan Dövlət Universitetinin bu yaxınlarda 80 illik yubileyinin keçirəlicəyini xatırladan rektor Kожамжарова Дария Пернешовна rektor, professor Mustafa Babanlını yubiley tədbirinə dəvət edib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki