image-qanunla-reklam
image-1698985155_depositphotos_184735306_xl-2015-pic905-895x505-15697

ABŞ-də yeni edam üsulu sınaqdan keçiriləcək

image-lady-day-az

ABŞ-nin Alabama ştatının Ali Məhkəməsi azot qazından istifadə edən məhbusun edamına icazə verib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu üsul əvvəllər istifadə olunmayıb.

“İlk dəfədir ki, bu edam üsulu qatilin üzərində sınaqdan keçiriləcək. Edam olunacaq şəxs 1988-ci ildə törətdiyi qətlə görə ömürlük həbs cəzası alıb”, – KİV qeyd edib.

Edamın mahiyyəti ondan ibarətdir ki, məhkum edilən şəxs azotla nəfəs almağa məcbur edilir. Bu proses bədəndə oksigen aclığına səbəb olur və nəticədə ölümlə nəticələnir.

Qeyd edək ki, ABŞ-nin 50 ştatından üçündə azot qazından istifadə etməklə edama icazə verilir. Ancaq praktikada heç vaxt istifadə edilmədiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki