image-qanunla-reklam
image-1654766474_trend_dubakov_eduard_220721_1

Azərbaycana qarşı döyüşən muzdlu Ali Məhkəməyə şikayət etdi

image-lady-day-az

Azərbaycanın torpaqları işğalda olan vaxt Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş, erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı döyüşməkdə təqsirləndirilrək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Eduard Dubakov Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

Qanunla.az-ın məlumatına görə, şikayət hakim İlkin Rəcəbovun icratına verilib. İş üzrə məhkəmənin ilkin iclası iyunun 16-na təyin edilib.

İttihama görə, Eduard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

O ötən il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəmkəsinin hökmü ilə E. Dubakov 10 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo