image-qanunla-reklam
image-1654512296_286131678_386639156832416_6994737068018447781_n

Dövlət Komitəsinin könüllüləri üçün “Qadın hüquqlarının müdafiəsi və analitik araşdırmalar” mövzusunda təlim keçirilib – FOTOLAR

image-lady-day-az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert Elgün Səfərov tərəfindən Komitənin könüllüləri üçün “Qadın hüquqlarının müdafiəsi və analitik araşdırmalar” mövzusunda təlim keçirilib.

Qanunla.Az  xəbər verir ki, təlimdə stereotiplər və məişət zorakılığı ilə mübarizə, innovativ modellərin yaradılması, gender bərabərliyinin təmin edilməsi, qadınların qərarqəbuletmədə, xüsusilə də təhsil, sağlamlıq, idman, hərbi, iqtisadi sahələrdə təmsilçiliyin artırılması və digər mövzularla bağlı məlumat verilib.

E.Səfərov tərəfindən araşdırmaların həyata keçirilməsi, problemlərin müəyyənləşdirmə yolları, müqayisəli təhlil və digər təhlil metodikaları da iştirakçılara təqdim edilib.

Təlimin məqsədi qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, müvafiq sahələr üzrə mobil tətbiqlərin yaradılması və sosial araşdırmaların keçirilməsi ilə bağlı iştirakçılara məlumat təqdim edilib.

Sonda könüllüləri maraqlandıran mövzular ətrafında müzakirələr keçirilib.

Qeyd edək ki, Dövlət Komitəsində könüllülük proqramı çərçivəsində görüşlər və təlimlər davam etdiriləcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo