image-qanunla-reklam
image-47921805

Salyanda daha bir Vətən müharibəsi şəhidinin övladının ad günü qeyd olunub

image-lady-day-az

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Ilham Aliyev -in rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı.

Bu, o Vətən müharibəsi oldu ki, Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi ilə nəticələndi. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.
Şəhid Kapitan Şirinov Kamil Əliş oğlu da 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır.

 

Salyan rayon Çuxanlı kənd Şəhidi Kapitan Kamil Şirinovun bizlərə əmanəti Tunarın 2 yaşı tamam oldu. Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi, Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, AVP Qadınlar Şurasının sədri Günay Ağamalı Şəhidin ailəsini ziyarət etdi, Tunar balanı təbrik etdilər.

 

Şəhidimizin Valideyinləri AVP Qadınlar şurasının sədri Günay Ağamalının şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan, əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrini və məzarlarını ziyarət edən və diqqətdə saxladığı üçün təşəkkürlərini çatdırıb. Bu gün nəvəsinin ad gününü təbrik etməsini şəhid ailələrinə və oğlu  Kamilin ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki