image-qanunla-reklam
image-aksiya_638067969032933267

“Aksiyada ermənilərlə azərbaycanlılar arasında insident yaşana bilər”

image-lady-day-az

“Bu gün damarında millət qanı, milli qeyrəti olan hər bir adam Xankəndi-Şuşa yolundakı aksiyada növbə çəkməyə hazırdır”.

Bu fikirləri Qanunla.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri əlavə edib ki, hər bir kəs könüllü şəkildə həmin aksiyada iştirak etmək istəyir:

“Sadəcə olaraq, hökumət bu prosesi tənzimləyir. Heç kəsi ora getmək üçün məcbur etmirlər. Bizim partiyadan da qeyri-hökumət təşkilatlarının xətti ilə gedənlər olub. Onlar da orada 3-4 gün vaxt keçirən adamlar olmayıb. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə hər gün təhlükəsizliklə bağlı çox ciddi problemlər var. Çünki o ərazilərimiz minalardan hələ tamamilə təmizlənməyib və insan həyatı üçün təhlükəlidir. Digər tərəfdən də, orada xarici dövlətin qoşunları dayanıb. Həmçinin, yerli ermənilərlə azərbaycanlılar arasında insident yaşana bilər. Ona görə də, o təşəbbüs dövlət tərəfindən tənzimlənməlidir və orada heç bir qeyri-adi bir şey yoxdur. Təsadüfi deyil ki, Azərbaycan xüsusi təyinatlıları da mitinq iştirakçılarının təhlükəsizliyini təmin edir. Onlar üçün çadırlar düzəldiblər, yeməklər təşkil ediblər. Unutmayaq ki, bu gün Xankəndi-Şuşa yolundakı aksiya bir millətin aksiyasıdır və dövlət əhəmiyyətli aksiyadır.  Xankəndi iqtisadi zonasının Azərbaycanın suverenliyinə qaytarılması istiqamətində bir başlanğıcdır. Ona görə də, bunu hər hansı iqtidar-müxalifət mövqeyindən yanlış yozmaq, yaxud da, qeyri-sağlam qiymət vermək milli maraqlara cavab vermir. Belə adamları da açığı deyim ki, milli maraqlara xidmət edən adam kimi qiymətləndirmirəm”. //demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki