image-qanunla-reklam
image-310922976_500283695013678_8020240166360202057_n

Vətənin oğlu…- Leyla Yaşar

image-lady-day-az

Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (Bəqərə surəsi, 2/154 Gedib, dönüşü olmayan bir yol var… O yollarda illərlə gözü qalan , cismən yaşayıb, ruhən ölən ata və analar…

Tariximizi yazarıq biz.. Ruhumuzla, canımızla, qanımızla .. Torpağımızı sevərik, Vətənimiz üçün ölərik biz.. Döyüşərik, öldürərik, ölərik biz .. Biz Şəhidlər… Vətən üçün canını fəda edən igidlər. Bax bu sizlərin sözüdü! Sizlər bu sözləri əməlinizlə dediniz! Bizlərə təsəlli üçün videosu qalan, səs yazısı qalan igidlər. Adı,sözü, rəsmi qalan igidlər.. Vətən müharibəsinin qəhrəmanlarını hər an anmaq bizim vətəndaşlıq borcumuzdu.. Bu dəfə Zərdab rayon Mərkəzi Kitabxananın əməkdaşları olaraq, İkinci Qarabağ müharibəsində şəhid olan Anar Məmmədzadənin qapısını döydük. 21 illik ömrünü Vətən tarixinə şərəflə yazan igidimizin qapısında bizi, şəhidimizin rəsmləri qarşıladı.. Böyüdülmüş şəkillərdə :- ağlamayın, mən Şəhid oldum deyə boylanan bir igid var idi. Anar adlı bir oğul. Çox qısa ömür yaşayıb, hər kəsin sevimlisinə çevrilən bir oğul.. Gedişilə anasının gözünü iki ildi yaşlı qoyan bir oğul. Qardaşını qardaşsız, atasını oğulsuz qoyan bir oğul. Şəkillər danışdı bizimlə. Biz də şəkillərlə. Həzin səsli laylasını çaldı Şəhid Anası.. Oğulunu oxşayan bir ana naləsi.. Ürəklərə od qoyan Ana yanğısı.. Oğulsuz qala bilməyən Ana.. Yarım qalan Anar adlı bir tale də yazılıb ananın ömrünə.. Yaşadıqca özüylə daşıyacaq bir tale.. Ömürü boyu evini bəzəyəcək Anar adlı bir guşəsi var Ananın. Təsəllisi də, ürəyini boşaltığı yerdə o guşənin yanıdı yəqin ki Anamızın. Vətənin mamırı olub, qayasında bitib, torpağı azad edən oğullardan oldu Anar.. Sözlər də təsəlli ola bilmir belə anlarda.. Gözümüz qoşuldu anaya. Ana laylasına sel oldu, axdı göz yaşlarımız. Vətən Anadı deyib, Anasını oğulsuz qoydu igidlər. Vətən sağ olsun deyib döyüşdü igidlər! Vətən oldu, Torpaq oldu, Şəhid oldu igidlər. Anar da o yolu seçdi. Vətən oldu igidimiz. Sizlər izinizi qanınızla yazdınız. O iz əsrlər keçsə belə tarixin vərəqlərində hər zaman yer alacaq! Gələcək nəsillər o vərəqlərə baxıb, oxuyub, öyrənib yeni bir səhfə açacaq!

Qürurdu Şəhid, şərəfdi Şəhid!

Zərdab rayonu Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin Oxu zalının müdiri İsgəndərli Leyla

 

image-311030755_412309941107970_3365205199887994082_nimage-310983646_516471980311846_1883769146087835947_nimage-310922976_500283695013678_8020240166360202057_nimage-310984160_634281541562327_2425582860094250672_nimage-311041309_1592577644473478_2238760875473966104_n-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki