image-qanunla-reklam
image-1698736269-1698639505_21da85f0-27e4-5dea-0830-25df5f3b

46 nəfərin meyiti şaxtadan çıxarıldı

image-lady-day-az

Xilasedicilər Qaraqandadakı “Arcelormittal Temirtau” şirkətinin Kostenko mədənində baş vermiş qəzada həlak olan sonuncu şəxsin qalıqlarını tapıblar. 

Qanunla.az xəbər verir ki, bununla da faciə qurbanlarının ümumi sayı 46 nəfərə çatıb.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sirim Şərifanov hökumətin iclasında məlumat verib: “Bu gün axtarış-xilasetmə əməliyyatları zamanı 45 şaxtaçının cəsədi və ehtimal ki, 46-cı mərhumun qalıqları tapılıb”.

40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 şaxtaçının şəxsiyyəti hələ də bəlli deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki