image-qanunla-reklam
image-314943

Tarixi təşəbbüs

image-lady-day-az

Tarixi təşəbbüs

Ümummilli lider Heydər Əliyev hələ 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdədə ana dilinin qorunmasını daim diqqət mərkəzində saxlamışdır. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması və belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Məhz belə bir dövrdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunması Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizənin bariz nümunəsidir. Bu gün çox böyük inamla demək olar ki, Ümummilli liderimiz  Heydər Əliyevin Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir. Cənab Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı eləcədə bu sahəyə göstərdiyi diqqət və qayğı  Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqliyinin əyani sübutudur.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini- Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki