image-qanunla-reklam
image-1669036151_1625049167_1625042274_0001

35 min manatın taleyini “qara nida həll edir” – FOTO

image-lady-day-az

DogruXeber.az” xəbər verir ki, bu gün Samux Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Axundov Üfüq Sahib oğlu (VÖEN: 2305300442) ilə 35.273 (otuz beş min iki yüz yetmiş üç) AZN– lik tender müqaviləsi imzalayıb.

Bağlanmış yeni tender müqaviləsi Dövlət Satınalma Portalında qarşısında “ətraflı məlumat” yerinə “həyəcanla mən burda yoxam” deməyə çalışan qara nidası ilə diqqətimizi çəkdi.

Yeri gəlmişkən, sözügedən tender barəsində harada elan verilib, neçə nəfər iştirak edib və sair heç bir məlumat yoxdur. Yalnız, “qalibin adı və “VÖEN” seriyası, bir də müsabiqə adı – “yaşıllaşdırma”, xidmətin adı – “Yaşıllaşdırma işlərinin görülməsi üçün malların satın alınması” qeyd edilib. Gördüyünüz kimi məbləğ də az məbləğ deyil. Odur ki, qalib şəxs Axundov Üfüq Sahib oğlunun kimliyi marağımıza səbəb oldu.
Bu da sözügedən şəxsin kimliyi:

35 min manatın taleyini "qara nida həll edir" - FOTO

Bəli, Üfüq Axundovun adı ilə ünvanından başqa heç nə yoxdur. Bu şəxs kimdir?, Peşəsi, fəaliyyəti nədir?… Bəlli deyil.

P.S: Qeyd edək ki, məlumatla bağlı qarşı tərəfin fikrini öyrənmək istədik, lakin dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

35 min manatın taleyini "qara nida həll edir" - FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki