image-qanunla-reklam
image-1689844491-1659083296-1624088522-baki-baki-hava

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır

image-lady-day-az

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır.

Ermənistanın törətdiyi təxribatlara qarşı qısa müddət ərzində rəşadətli ordumuz tərəfindən ən sərt şəkildə cavab verildi və düşmən cəzalandırıldı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə uyğun olaraq lokal xarakterli antiterror tədbirlərinə başlayan Silahlı Qüvvələrimiz 24 saatdan az vaxt ərzində gücünü bir daha dünyaya nümayiş etdirdi. Peşəkar əsgər və zabitlərimizin arsenalımıza daxil olan yüksəkdəqiqlikli silahlarla sərrast atəşi nəticəsində düşmənin 100-dən çox hərbi təyinatlı obyekti, zirehli maşınları, radioelektron mübarizə vasitələri sıradan çıxarıldı. Ordumuzun qısa müddətdə apardığı uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində uzun müddətdir müharibə barədə danışanlar Azərbaycanın şərtləri ilə razı olduğunu və reinteqrasiya prosesi üçün görüşmək istədiklərini elan etdilər.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində Ermənistan məğlub tərəf olaraq kapitulyasiya aktını imzalayıb. Həmin akta əsasən, qısa müddətdə qoşunlarının Azərbaycan ərazisindən çıxarılacağını öhdəlik olaraq üzərinə götürüb. Təəssüf ki, sonradan bu öhdəliyini icra etməkdən imtina edib, bəzi havadarlarının yalan vədlərinə uyaraq sülh müqaviləsini imzalamaqdan yayınıb. Ermənistan revanşist hisslərə qapıldı. Müharibədə uduzmasını, aman diləyərək kapitulyasiyanı qəbul etməsini unutdu, ölkəmizin qələbəsini həzm edə bilmədi, terror hadisələri, təxribatlar törətdi. Ermənistan 2021-ci ildə, yəni müharibədən cəmi bir il sonra minalar istehsal etdi, terrorçular vasitəsi ilə həmin minaları işğaldan azad olunmuş Azərbaycan ərazisində yerləşdirdi və nəticədə bu günə qədər 314 nəfər vətəndaşımız mina terrorunun qurbanı oldu. Ermənistanın mütəmadi törətdiyi təxribatlar, terror fəaliyyəti antiterror tədbirlərini qaçılmaz etdi. Rəşadətli Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri zamanı öz peşəkarlığını bir daha nümayiş etdirdi. Əvvəlcədən mülki əhalini xəbərdar etdi, əhalinin antiterror tədbirləri aparılacaq ərazilərdən çıxmasına şərait yaratdı. Artıq, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması öz nəticəsini verdi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunacaq görüşdə biz gələcək ilə bağlı olan baxışlarımızı çatdıracağıq

Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter aldığını müşahidə edirdik. Ölkəmizin keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren haqqıdır. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter aldığını müşahidə edirdik və bunun məntiqi nəticəsi olaraq dövlətimiz tərəfindən lokal antiterror tədbirləri həyata keçirdi. Ordunun yeganə hədəfi legitim hərbi obyektlər oldu və bütün döyüşlərdə peşəkarlığı ilə bərabər, mənəvi keyfiyyətini də ortaya qoyan hərbçilərimiz antiterror tədbirlərini humanitar hüququn normalarına uyğun aparması ilə bir daha dünyanın diqqət mərkəzində oldu. Separatçıların mülki əhalinin arasında gizlənməsinə, hərbi obyektləri sivil insanların yaşadığı yerdə yerləşdirməsinə baxmayaraq, mülki insanlara heç bir ziyan yetirilmədi, hətta döyüş mövqelərini tərk edənlərə şərait yaradıldı.

Məhz son razılaşmadan sonra dünən Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlax şəhərinə gələrək burada Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən şəxslərlə görüşdülər və reinteqrasiya prosesi barədə dialoqlara başladılar.
Müzəffər Ali Baş Komandan xalqa müraciət edərkən elan etdi ki, erməni xalqı ilə düşmənçiliyimiz yoxdur. Baş vermiş bütün faciələrin günahkarları xunta rejimi, separatçılar və bu rejimi dəstəkləyənlərdir. Bu gün sadə erməni xalqı dövlətimizin başçısının bu müraciətindən dərs çıxarmalıdır, təkcə Bakıya, digər rayon və şəhərlərimizə deyil, yalnız Qarabağa və Şərqi Zəngəzura baxsalar, indiyədək onları idarə edən xuntanın yaratdığı acınacaqlı vəziyyəti, hansı uçuruma apardığını dəqiq görə bilərlər.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir.
Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən 3 ildən az vaxt keçməsinə baxmayaraq, Şuşada, Füzulidə, Laçında, Zəngilanda və digər ərazilərdə inkişafı bütün dünya görür. Ermənistanın dövlət büdcəsindən daha artıq məbləğ işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-qurculuq işlərinə sərf olunur. Ermənistanın viran qoyduğu rayon və şəhərlərimiz 3 il əvvəlki vəziyyəti ilə müqayisəolunmaz dərəcədə fərqlənir. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları icra edilir. İki beynəlxalq hava limanı tikilərək istifadəyə verilib, üçüncüsünün isə hazırda tikinti işləri davam edir. Elektrik, su təchizatı, avtonəqliyyat da daxil olmaqla bütün infrastruktur yaradılır və bu ərazilərə uzun illərdən sonra nəfəs gəlir. Bunların qarşısında xunta rejimi ermənilərə aclıqdan, səfalətdən, pis gündən başqa heç nə verməyib.

Öz cinayətkar əməllərinə görə erməniəsilli Azərbaycan vətəndaşlarını girov saxlayan rejim bəzi havadarlarına xoş gəlmək üçün məhz illərlə Xankəndi sakinlərini girov saxlayaraq zülm edirlər. Hər addımda onların beynini yuyur, Azərbaycan barədə mənfi imic yaradırdılar. Dünya bilir ki, Azərbaycan tarixən çoxmillətli, çoxdinli ölkədir, bu ölkədə milli, etnik, dini zəmində heç bir zaman iğtişaş baş verməyib. Dövlət üçün insanların hansı dinə, dilə, xalqa məxsus olmasının heç bir fərqi yoxdur. Multikulturalizmi ilk dəfə dövlət siyasəti səviyyəsində həyata keçirən Azərbaycanın bu modeli həm də dünyaya örnəkdir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

Hazırda Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşları üçün tarixi bir andır. Onlar reinteqrasiya prosesində yalnız görüntü yaratmaq məqsədilə deyil, bu prosesi ən qısa zamanda reallaşdırmaqla birgəyaşayışa qayıtmalıdırlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalq müraciətindəki çıxışında onları gözləyən xoş mənzərənin anonsunu verərək bildirdi ki, razılıq əldə edildikdən sonra erməniəsilli vətəndaşların təhsil, mədəniyyət, din və başqa hüquqları təmin ediləcəkdir.  Dövlət başçısı Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda genişmiqyaslı abadlıq və quruculuq işlərinin başlayacağından bəhs edərək gələcək xoş günlərin anonsunu verdi. Həm də revanşist hisslərə qapılanlara “Dəmir yumruğu” göstərərək hər nə qədər sülhü dəstəkləyiriksə, bir o qədər də iradəmizi reallaşdırmaq qüdrətində olduğumuzu bildirdi. Məhz antiterror tədbirləri zamanı ordumuzun döyüş mövqelərini tərk edənlərə atəş açmaması ölkəmizin sülhün yanında olmasının və dinc şəraitdə yaşamaq istəməsinin əyani göstəricisidir.

Artıq erməni xalqı da başa düşür və bu dəfə sülh müqaviləsi bağlanacaq, erməniəsilli vətəndaşların cəmiyyətə reinteqrasiyasına nail olunacaqdır. Məhz onların hüquq və azadlıqları konstitusiya və qanunlar çərçivəsində təmin ediləcəkdir. Ermənistanla bağlanacaq sülh müqaviləsi isə Cənubi Qafqazda uzun müddətdən sonra sabitlik yaranmasına səbəb olar.  Separatçıların tərk-silah edilməsi, təslim olması və uzun müddətdir reinteqrasiya prosesinin qarşısını alan qüvvələrin təqdim olunan şərtləri qəbul edərək dərhal bu prosesə qoşulması Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin iradəsinin, “Dəmir yumruğun” və rəşadətli Azərbaycan Ordusunun şücaətinin nəticəsidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirən Ordumuz bir günün tamamına dəqiqələr qalmış Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxardı.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində olduğu kimi mülki əhali və infrastruktur obyektləri hədəfə almadan, yalnız legitim hərbi hədəflər sıradan çıxarmaqla qondarma rejim qalıqlarını Bakının şərtləri ilə razılaşmağa məcbur qoydu. Separatçılar silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirləri dayandırılacağını bəyan edən rəsmi Bakıya təslim olduqları barədə Rusiya sülhməramlı kontingentinin rəhbərliyi vasitəsi ilə məlumat veriblər. Bununla da uzun illərdir Qarabağ iqtisadi rayonunda separatçılıq toxumları səpən, onun baş qaldırmasına vasitəçi olan, hər cür yardım edən beynəlxalq təhsisatlar, dövlətlər, başda Ermənistan hakimiyyəti olmaqla, bütün fəaliyyəti cəmi 24 saata dağıdıldı.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki