image-qanunla-reklam
image-img-20221223-wa0031

200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olunub-VİDEO

image-lady-day-az

200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olunub.

2022-ci ildə ölkə ərazisində 114 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bunların artıq 92 faizində işlər tamamlanıb. Respublikada ümumilikdə 500 km-dən çox boru xətti çəkilib.

Qanunla.Az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında məlumat verib. Qurum rəsmisi işlərin 2023-cü ildə də davam edəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev görülən işlər çərçivəsində son 2 ildə 200-dən çox şəhid ailəsinin müraciətinin həll edildiyini qeyd edib. Həmçinin şöbə rəisi SOCAR “Azəriqaz” İB-nin hər zaman həssas qrup üzvlərinin qayğılarını diqqət mərkəzində saxladığını vurğulayıb.
Aksiya daha sonra jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

image-img-20221223-wa0031 image-img-20221223-wa0032 image-img-20221223-wa0033 image-img-20221223-wa0034

Daha ətraflı video materialda izləyə bilərsiniz:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki