image-qanunla-reklam
image-nocomment_8446fb0246cb85de5d73875da8077939_v14xkhg0m59la6nyeo7p

20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi

image-lady-day-az

20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi

Bu il – “Heydər Əliyev İli” Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına yönələn fəaliyyətimiz 2020-ci ildə başlayan Vətən müharibəsindən sonra bu il oktyabrın 15-də Azərbaycan Bayrağının Xankəndidə ucaldılması ilə taclandı. Bu, müasir tariximizdə hər bir azərbaycanlının qüdrətli dövlətin vətəndaşı olduğunun bariz göstəricisidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurları xalqımız Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladlarına, qüdrətli Ordumuzun əsgərlərinə, qəhrəman igidlərimizə borcludur.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Bayrağımızı ucaltdıqdan sonra xalqımıza müraciəti, “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri 20 il bundan əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu. Bu müraciət, eyni zamanda, bundan sonra qan tökülməsinin qarşısının alınmasına, insanların yaşamaq hüququnun təmin olunmasına, eləcə də gündən-günə cənnətə çevrilən Qarabağımızda Azərbaycanın suverenliyinin təmin edilməsinin – ölkəmizin qazandığı Zəfərin məntiqi nəticəsi idi. Beləliklə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, Prezident cənab İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qürurlu və güclü xalqımız bu birliyi, əldə etdiyimiz qələbələri, müstəqilliyimizi əbədi etmək üçün bundan sonra da yeni zirvələr qət etməli və yenilməz Azərbaycan Sərkərdəsinin uzaqgörən siyasətini, şanlı tariximizin yazılmasını davamlı etməklə, daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə sürdürəcəkdir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

15 oktyabr 2023-cü il tarixi bir gündür

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Prezident seçilmiş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Nəticədə regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu. Keçdiyimiz keşməkeşli yolda Prezident cənab İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi. Cənab Prezident keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.

. Dövlət suverenliyimizin təmin olunması nəticəsində Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində və nəhayət Xankəndidə Dövlət Bayrağımızın ucaldılması bu torpaqlarda bundan sonra Azərbaycan Konstitusiyasının, qanunlarının, Müzəffər Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin təkmilləşməsinə şərait yaradacaq. Habelə Cənubi Qafqazda beynəlxalq hüquq və prinsiplərə əsaslanan, ədalətli, uzunmüddətli sülh müqaviləsinin imzalanmasına təkan verəcək. Bu, doğrudan da Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır. Həmin anları bizə qürurla yaşadan digər məqam isə əlbəttə ki, bu hadisələrin 15 oktyabr tarixində baş verməsidir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Bu il “Heydər Əliyev İli”dir

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qeyd edir. Prezident İlham Əliyevin  2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.  Hesab edirəm ki,  2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi  Ümummilli liderimizin əziz xatirəsini  böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən  ən mühüm tədbirlərdən biridir.

Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi əbədi olaraq milli idologiyamızın mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz  Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Ulu öndər Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi.

XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu öndərimiz Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin miqyası, böyüklüyü və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ömrünü, bütün qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizəyə  həsr etmiş XX əsrin böyük siyasətçisi Ulu öndər  Heydər Əliyevə qismət oldu. Ulu öndərimiz bu şərəfli missiyanı həm Azərbaycan Respublikasına birinci və həm də ikinci dəfə hakimiyyətə qayıdışı dövründə əyani surətdə sübut etdi.

Müasir Azərbaycanın memarı və qurucusu dahi Ulu öndər Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaqdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki,  bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda Prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində  özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Həmin müraciətdə deyilir: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndərin bu tarixi müraciətindən keçən iyrimi il onun dediklərinin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək  ərazi bütövlüyümüzü və suvürünliyimizi təmin etdi etdi.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı.

1992-ci ildən Hakimiyyəti zəbt edərək ölkəni şəxsi maraqlarının qurbanına çevirən, fəlakətə sürükləyən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, satqınlığı xalqımızı çıxılmaz problemlərlə üz-üzə qoymaqla bərabər, düşmənlərimizə əzəli torpaqlarımızı ələ keçirmək fürsəti yaratdı. Kəndlərimiz, rayonlarımız getdikcə azğınlaşan erməni silahlı birləşmələri tərəfindən ard-arda işğal edilən zaman hakimiyyət davası aparan antimilli qüvvələr bu işğallardan öz ambisiyalarını həyata keçirmək üçün istifadə etməyə çalışırdılar. Ölkənin məqsədli şəkildə böhrana sürüklənməsi, ordu quruculuğu sahəsində heç bir iş aparılmaması daxildə AXC-Müsavat cütlüyünün olduğu kimi, xaricdə də Azərbaycan düşmənlərinin işinə yarayırdı. Məhz bunun nəticəsində ermənilər öz çirkin niyyətlərinə nail ola bildilər, torpaqlarımızın 20 faizi işğal edildi.  Eləcədə Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər oldu. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Tarixi torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinin səbəbləri AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş verib. Bu günlərimdə həmin o, tör-töküntülər gördülərki, xalq-iqtidar birliyinin qarşısında heç bir qüvvə dayana bilməz.

Daim dövlətmizi və xalqımızı zəfərlərdən-zəfərlərə aparan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin  rəhbərliyə ilə torpaqlarmızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzn və suverenliyimizin təmin edilməsi, edilmiş torpaqlarımızda bayrağımızı ucaltması ermənilərlə bərabər, həm də bütün xarici düşmənlərə, eyni zamanda, daxili antimilli satqınlara verilmiş ən kəsərli cavabdır. Azərbaycanı, onun möhtəşəm Qələbəsini, əsarətdən qurtarılmış torpaqlarımızda başlamış sürətli quruculuq işlərini gözü götürməyənlər anlamalıdırlar ki, biz bütün bu uğurlara daim xalqının yanında olan Prezidentimiz və onun ətrafında yumruq kimi birləşmiş xalqımızın gücü sayəsində nail olmuşuq.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki