image-qanunla-reklam
image-1697526557223040074_1200x630

20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi

image-lady-day-az

20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi.

15 oktyabr 2003-cü ildə ümumxalq etimadı qazanan cənab İlham Əliyev Prezident kimi, Ümummili Liderin, Azərbaycan xalıqının etimadını doğrultdu. Dövlət başçısı kimi, xalqın həmrəyliyini güvən yeri hesab edərək bu birliyə arxalandı. «Boş zaman yoxdur, boşa keçən vaxt vardır!» hikməti ilə yola çıxaraq «nəyi, nə zaman, necə etmək» formulunu varislik sədaqəti, ağlının, zəkasının qüdrəti ilə müəyyənləşdirdi, təkmilləşdirdi, dünyaya nümunə göstərdi. Cənab İlham Əliyevin siyasi fəaliyyətinin uğur salnaməsi olan 20 ilə xronoloji nəzər salmaqla bu müddətdə ölkədə qazanılan biri-birindən əhəmiyyətli nailiyyətələrin coğrafiyasının genişliyini, sosial-iqtisadi sahədə əldə olunan uğurları görmək olar.

Cənab Prezidentimiz Respublikaya rəhbərliyə başladıqdan sonra ölkənin sosial- iqtisadi inkişafını, hərbi qüdrətinin gücləndirilməsini strateji hədəflər kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin başlıca məqsədi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi. Respublikamızın zəngin və qüdrətli ölkəyə, regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilməsi üçün Azərbaycanın müstəqil siyasətini zamanın tələbinə uyğun müəyyənləşdirdiyi yol xəritəsinin istiqamətləri kimi hədəflər də bəlli idi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasətinin, qətiyyətinin və prinsipiallığının nəticəsidir. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi, Vətən müharibəsində qazanılan Zəfər, 2023-cü ilin sentyabr ayında Qarabağda Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirləri ilə erməni separatizminə son qoyulması Silahlı Qüvvələrmizin şücaəti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin ifadəsi, eyn zamanda, ata vəsiyyətinə sadiqlikdir.

Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu.üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova

 

 

 

Vətən müharibəsi cəmi 44 gün çəkdi.

Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik.

Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”.Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb.Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Xatırladaq ki, Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu.

Hələ sağlığında canlı əfsanəyə çevrilmiş, adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən müdrik siyasətçi və böyük nüfuza malik dövlət xadimi Heydər Əliyev siyasi uzaqgörənliyi, dərin təfəkkürü, polad kimi mətin iradəsi, iti zəkası, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti ilə dünyanın nadir şəxsiyyətləri sırasında şərəfli yer tutmuşdur. O, müasir bəşər tarixinin iki müxtəlif ictimai-siyasi quruluşunda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş və siyasi mübarizədə yenilməzliyini ömrünün sonuna kimi qoruyub saxlamağı bacarmışdır.

Azərbaycanı dünyaya tanıtmaqla beynəlxalq aləmdə özünəməxsus yerini müəyyən edən bu dahi şəxsiyyətin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini həyatımızda hiss edirik. Məlum olduğu kimi, xalqın bir millət kimi formalaşmasının əsas şərtlərindən biri onun kimliyinin təməlini təşkil edən milli-mənəvi dəyərlər sisteminə malik olmasıdır. Buna görə də, ulu öndər Heydər Əliyev mövcud reallığı nəzərə alaraq, xalqımızın itməmiş, lakin zəiflədilmiş dəyərlərinin canlandırılması üçün ömrü boyu çalışmış, hətta kommunist rejiminin çətin şəraiti də onu bu yoldan çəkindirə bilməmişdir. Xalqların milli-mənəvi dəyərlərinin zəiflədilərək ümumi “kommunist dəyərlər” sisteminin aşılandığı bir dövrdə Heydər Əliyev xalqımızın zamanın sınaqlarından çıxmış üstün milli-mənəvi dəyərlərinin saxlanılması üçün yorulmadan çalışaraq buna müvəffəq olmuşdur.

XX əsrin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin bədniyyətli nümayəndələrinin yuva salmış olduğu, xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü çağında məhz Heydər Əliyev başlamışdır. Odur ki, onun bu sahədəki xidmətləri vətən və xalq qarşısında adi xidmətlər kimi qiymətləndirilə bilməz.  Heydər Əliyev 1950-1960-cı illərdə qeyrətli və milli əhval-ruhiyyəli vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alır, milli kadrları hər cür təhlükədən qoruyurdu.

1960-cı illərin əvvəllərində respublika iqtisadiyyatında öz həllini gözləyən çoxsaylı problemlər mövcud idi. Ölkəmizin sənaye potensialı və digər göstəriciləri aşağı səviyyədə olduğu üçün Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı. Azərbaycanı bu vəziyyətdən çıxarmaq üçün xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu. 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verməklə, məqsədyönlü tədbirlər həyata keçirərək respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi və nəticədə Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrilməklə, Sovet İttifaqında ön sıraya keçərək öz layiqli yerini tutdu. Bununla da, bir çox cəhətdən özünü təmin etməklə, ümumittifaq büdcəsinə böyük töhfələr verən iki respublikadan biri oldu.Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı -Bahar Qurbanova.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki