image-qanunla-reklam
image-fb_img_1665860395159

18 oktyabr Müstəqilliyin bərpası günü “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK MƏFKURƏSİ”

image-lady-day-az

Zərdab rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirildi.

Qanunla.Az xəbər verir ki, 14 oktyabr 2022-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqilliyin Bərpası günü münasibətilə “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəhid Mayor Rəhim Hüseynovun anası Həqiqət xanım, Vətən müharibəsi iştirakçısı, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə igidliklə döyüşmüş, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Molla Xəlilov, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin, Zərdab rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Gənclərin İnkişaf və Karyera MərkəzininZərdab nümayəndəliyinin əməkdaşları, gənc könüllülər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova “Müstəqilliyin Bərpası günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. Könül xanım Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri barədə də ətraflı məlumat verib.18 Oktyabr – Müstəqilliyin Bərpası ölkəmizdə zəfər ilinə- torpaqlarımızın işğaldan azad edildiyi bir dövrə təsadüf etməsindən qürur hissi keçirdiyini deyən K.Rəhimova bu qələbəni bizə yaşadan şəhidlərə Allahdan rəhmət diləyib.
Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova çıxış edərək Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyimizin xronikası, Vətən müharibəsi və Zəfər günü, həmçinin işğaldan azad edilmiş yurd yerlərimizdə aparılan hazırki quruculuq işləri haqqında geniş məlumat verib.
ŞəhidMayor Rəhim Hüseynovun anası Həqiqət xanım çıxışında gənclərə vətənpərvərlik hisslərinin aşılanması və Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın ictimaiyyətə daha geniş tanıdılması baxımından belə tədbirlərin keçirilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov, Vətən müharibəsi iştirakçısı, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə igidliklə döyüşmüş, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Molla Xəlilovçıxış edərək 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsinin müasir tariximizin parlaq səhifəsi olduğunu söyləyiblər.
Çıxış edənlər müstəqilliyimizin bərpasının əhəmiyyəti, ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı məqsədyönlü fəaliyyəti haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova tərətindən Şəhid Mayor Rəhim Hüseynovun anası Həqiqət xanıma, Vətən müharibəsi iştirakçısı, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə igidliklə döyüşmüş, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Molla Xəlilova hədiyyələr təqdim olunub.

image-fb_img_1665860365229 image-fb_img_1665860374972 image-fb_img_1665860383717 image-fb_img_1665860412435 image-fb_img_1665860388653 image-fb_img_1665860420351 image-fb_img_1665860432680 image-fb_img_1665860401190 image-fb_img_1665860395159


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki