image-qanunla-reklam
image-1654247981-avtobus

16 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

image-lady-day-az

Bu gün səhər pik saatlarında paytaxtın bəzi küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Bu barədə “Qanunla.az”a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Vahid Dispetçer Xidmətinin məlumatına görə, Bakı-Sumqayıt şossesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 14 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

Həmçinin, Binəqədi şosesi-“Azadlıq” m/st istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki