image-qanunla-reklam
image-1626248553-qurban_qoyun

134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil ediləcək

image-lady-day-az

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə əlaqədar təşkil olunmuş nümunəvi çadır tipli kəsim məntəqəsində brifinq keçirib.

“Qanunla.az” xəbər verir ki, brifinqin keçirilməsində məqsəd bayram günlərdə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində görülən işlər, həmçinin qurbanlıq heyvan kəsimi və satışı lə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Brifinqdə bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Onlardan 61-də qurbanlıq heyvanların həm kəsimi, həm də satışı, 54-də yalnız satışı, 19-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

 

 

Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Agentliklə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumat verilib. Vətəndaşların sözügedən ticarət şəbəkələrinin ünvanlarını əvvəlcədən öyrənə bilmələri üçün AQTA-nın saytında xüsusi link də yerləşdirilib.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda göstərilən xidmətlərdən yararlana bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki