Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq 10 ay  komada qalan N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Qəhramanlı Yaqub Abdulla oğlu şəhid olub.

“Qanunla.az”ın məlumatına görə, şəhid doğulduğu Tərtər rayonunun Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə Azərbaycanın dövlət bayrağı şəhidin atasına və yadigar qalan oğluna təqdim edilib.

Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.