image-qanunla-reklam
image-308644701_609022787593453_8757425313416583497_n

Zərdabda 27 sentyabr “Anım Günü” ilə əlaqədar tədbirlər keçirildi-FOTOLAR

image-lady-day-az

Qanunla.Az xəbər verir ki, 27 sentyabr “Anım Günü” ilə əlaqədar Zərdab rayonunda keçirilən silsilə tədbirlər bu gün də davam etdirilir.

Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə,Millət vəkili Jalə Əliyeva,Icra başçısının müavinləri,YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin Zərdab rayon şöbəsinin rəisi, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

”Anım Günü” ilə əlaqədar Heydər Əliyev parkında  şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası təşkil edilmiş, 250 ədəd müxtəlif növ ağaclar əkilmişdir.

Tədbir iştirakçıları şəhidlərin xatirə parkında abidəni ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoyulmuşlar.Sonra abidə önündə anım mərasimi keçirilmişdir. Anım mərasimində çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsi haqqında məlumat vermiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırmışdır. Şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olduğunu qeyd olunub. Mərdan Camalzadə bildirmişdir ki, Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Ölümüylə ölümsüzlüyə qovuşan, bizə Zəfəri bəxş edən şəhidlərimiz heç vaxt undulmayacaq və yaddaşlardan silinməyəcəkdir.

Anım mərasimində Millət vəkili Jalə Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin şahidi oluruq.Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var – Şəhidlik zirvəsi. Bu zirvəyə ucalmaq hər insana nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu uca zirvəyə yüksələ bilirlər. Bu yüksəkliyə layiq olan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, tükənməz Vətən sevgisi, cəsurluq, müsbət əxlaq və böyük əqidə vardır. Qəhrəmanlıq etmək, adının tarixin salnaməsinə yazılmasına nail olmaq Vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. “Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır”.

Sonra Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunmuşdur. Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra Zərdab rayonundan olan şəhidlərin ailələri ziyarət olunmuşdur.

Vüqar Rəhimov

image-308521143_1319329761936533_1922418664555198324_nimage-309666201_394944909498028_4743345671098074919_nimage-308640954_622733776155677_3926694854396273244_nimage-308582969_3227354510914147_3337821125931567625_nimage-309279229_5303703019728765_1318035445255850819_nimage-309231249_1094871521137644_6693285460636148457_nimage-308974732_826933162082284_6472494587302236491_nimage-308607762_454272233343727_6950383836429416764_nimage-308707611_3457571511169201_5254978366053367961_nimage-308666527_835231944311100_7854776270413102744_nimage-308773654_803318334200557_4732628988389737570_nimage-308877807_771672514061009_5046930589725040516_nimage-308624309_3405518726350536_6910495473833847596_nimage-309255495_6138017719546323_2635809783881471773_nimage-308959028_2881370182168217_9166657885082077574_nimage-308686386_476856871000797_7653201469407591437_nimage-308644701_609022787593453_8757425313416583497_nimage-308783139_2815532761910269_1049534123708262204_nimage-308507698_630491025374562_5024333575016237481_nimage-308682599_638769654307836_3319013019221268919_nimage-308763029_779274286671625_6147344121490938654_nimage-309128586_840995580614877_5021195978871842212_nimage-308860710_502706308034141_1176290117390172847_nimage-308856088_1077525916461932_4632070897132820728_nimage-308750711_1721736718201725_7572757618808835922_nimage-308652089_643691707169539_555923007036141780_nimage-309034135_2945743859060073_1733257525153926080_nimage-308946430_496375748709039_2171016102802235087_nimage-309554039_1497746593996759_6388124714076350070_nimage-308616886_811532110191303_4349796150853626951_nimage-308864913_3535367620083226_2382431196946290260_nimage-308724496_1046368412718649_5005546703989032491_nimage-308578332_6392482600765816_5985129028615411693_nimage-308479659_450546570223017_2817813667671587512_nimage-308512652_1080656362586090_8477346099487418861_nimage-308525395_496060445383927_9194809096189764622_nimage-308520254_593599202552207_3024113088014280967_nimage-308584886_362383296018982_6112048871314428612_nimage-308925007_628539015583518_1882412387487806479_nimage-308584893_1218646305368328_8418257332887320775_nimage-308584886_767856741181132_8425782287925616190_nimage-308747071_471062761739634_6649039725747947192_nimage-308856089_1983292551875065_8568451749360475947_nimage-308850539_621339259399445_9154746151067338288_nimage-308561346_602039548044961_2597711474242761704_nimage-308499097_840650210281208_4439919100283779692_nimage-308541167_652930409462325_8837645020204522222_nimage-309030904_763083241655173_8712574275106173208_nimage-309323108_5627236413988813_3126117221835105020_nimage-308797174_5499899530047579_8071724638037902959_nimage-308590579_477024797478356_2723050123317423537_nimage-308917181_786531955918924_885094960134226467_nimage-308258155_791043478801815_5684024904422827185_nimage-308645908_907053993600983_6416645076452391137_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki