image-qanunla-reklam
image-369730613_857112062435240_6641058572962980333_n

Suveren ərazi bütövlüyümüz bərpa edildi

image-lady-day-az

Suveren ərazi bütövlüyümüz bərpa edildi.

2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.Prezident İlham cənab Əliyev avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.  Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. “Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır. Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təminatında mühüm rol oynayan məntəqə həmçinin Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, eyni zamanda  ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır.

Məntəqənin daha bir müsbət fəaliyyəti 30 il əvvəl azərbaycanlılara qarşı qanlı faciələrin törədilməsində iştirak edən cinayətkarların saxlanılaraq ədalət məhkəməsinə təhvil verilməsi olmuşdur. Xalqımıza qarşı cinayətlərdə iştirak edən, soyqırım hadisələrinin təşkilatçıları, birbaşa iştirakçıları, onların siyasi ideoloqları öz cəzasıqlıqlarında arxayın idilər, özlərini qəhrəman kimi aparırdılar. Beynəlxalq təşkilarların susqunluğu və onlara havadarlıq etməsi bu arxayınçılığı daha da artırırdı. Lakin “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması bu məsələdə də müsbət nəticələr əldə edilməsinə şərait yaratdı. Belə ki, 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində erməni quldurlarının 25 nəfər azərbaycanlının öldürülməsinə, xeyli insanın yaralanmasına və azərbaycanlıların deportasiya olunmasına səbəb olan  soyqırım hadisəsinin bilavasitə iştirakçısı olmuş Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Bu da onu bir daha göstərir ki, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaqdır. Bu məntəqənin yaradılması Ermənistan və onun havadarlarının böyük etirazları və beynəlxalq səviyyədə müxtəlif təhdidləri ilə qarşılandı. Sevindirrici haldır ki, Azərbaycanın mövqeyi əksər ölkələr tərəfindən dəstəkləndi və Ermənistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa edildi. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Bu da ölkəmizin xarici siyasətinin növbəti uğuru oldu.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

 

 

Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.

“Əslində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurmaqla nöqtəni qoyduq. Yəni bu ilin 23 aprelində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu gün Ermənistan bununla bağlı nə qədər əndişələnsə də, reallıq budur və qarşı tərəf bununla barışmaq məcburiyyətindədir. Təbii ki, Ermənistan adəti üzrə vay-şüvənlik edərək Azərbaycanı erməniləri blokadaya alması kimi sərsəm fikirlər yürüdür və himayədarları da bu və ya digər şəkildə onların səsinə səs verir. Anlamırlar ki, bu kimi görüntüləri ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edirlər ki, bu cəhdlər də artıq öz effektini itirib. Beynəlxalq aləm də bilir və qəbul edir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Odur ki, Ermənistan və himayədarları burunlarını daxili işlərimizdən çəksələr yaxşıdır”. Bu gün Azərbaycan öz sərhədlərinin toxunulmazlığının təmin olunması ilə bağlı bütün gərəkən işləri görür və dövlət təhlükəsizliyinin pozulmasına yönəlik bütün təhdidlərə cavab vermək əzmindədir. Ermənistan və himayədarları daha çox Qarabağda qanunsuz yerləşdirdikləri erməni silahlı birləşmələrinin ordumuz tərəfindən çıxarılmasından, eyni zamanda separatçıların tərksilah olunmasından narahatdılar:

“Cənab Prezident İlham Əliyev özü də hər çıxışında vurğulayır ki, – “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”. Ölkə başçımızın bu söylədikləri Ermənistanı qane etmirsə, bu artıq onların öz problemidir. Azərbaycan öz siyasətini hansısa erməni rəhbərlərinin, hansısa erməniyönümlü himayədarın maraqları çərçivəsində yürütmək fikrində deyil”.

Bu gün Azərbaycan elə bir uğurlara imza atır ki, artıq Ermənistan öz çirkin niyyətləri ilə onun üzərinə kölgə sala bilməz: Cəhdlər edəcək, amma boş çıxacaq. Çünki Azərbaycan əldə etdiyi uğurlarla, qələbə ilə kifayətlənməyəcək, daha güclü dövlətə çevrilmək üçün bütün gücünü ortaya qoyacaq. 44 günlük Vətən müharibəsindən sonra biz ancaq hərbi-siyasi qələbəmizin sevinci ilə geri aldığımız torpaqlarımızda quruculuq işlərimizi aparırıq, insanlarımız öz yurd-yuvalarına qayıdır, Qarabağa isti nəfəs gəlir. Bir sözlə bu sevincimizi, böyük qələbəmizi itirmək fikrində deyilik. Əksinə, cənab Prezidentimizin qətiyyətli addımları ilə daha böyük uğurlara doğru irəliləyirik.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- İmanova Xanım

 

 

Sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr dezinformasiya yaymaqla məşğuldurlar. Onların iddialarına görə, guya biz Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirir və Qarabağ bölgəsində humanitar böhran yaradırıq. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın Azərbaycanın ərazisi olduğundan burada həyata keçirilən tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.

“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsi strateji əhəmiyyətə malikdir. Bu məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. “Təsadüfi deyil ki, Prezident cənab  İlham Əliyevin cari ilin may ayında ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirdi ki, “Azərbaycan-Ermənistan sərhədində “Laçın” dövlət buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Dövlətimizin başçısı Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağını da ABŞ rəsmisinin diqqətinə çatdırdı”. Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi Qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu məntəqənin yaradılması və fəaliyyəti ilə bağlı heç bir qüvvənin dövlətimizin iradəsinə təsir edə bilməyəcək.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi-Vəfa Xəlilli

 

 

“Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı.

23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində ‘‘Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu və dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.

Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması strateji əhəmiyyətə malikdir və yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

Laçın sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Xaçatryan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndinə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb. Azərbaycan tərəfindən Xaçatryan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib. Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Məntəqənin açılması regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu və ikinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra regionda yaranmış yeni reallığının tərkib hissəsidir. Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər: Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarətburaxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın Laçın keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdıracaq. Bu isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə hələ də qalmaqda olan 10 minə yaxın erməni silahlısının Azərbaycana qarşı müqavimət potensialını zəiflədəcək. Nəticə etibarı ilə ərazilərimizin qanunsuz silahlılardan təmizlənməzi prosesini sürətləndirəcək.

Həsən bəy Zərdabi muzeyinin əməkdaşı -Leyla Əliyeva.

 

 

Milli sərvətlərimizin qorunması.

Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Tarixi zəfərdən sonrakı post-müharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini-inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük qayıdış konsepsiyası qəbul edilərək, bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur, kommunikasiya xətləri çəkilir. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün nə gərəklidirsə edilir.

Xalqımız qalib xalq olaraq bu yeni və əlamətdar tarixi dövrü böyük qürur hissi ilə yaşayır, qurub-yaradır. Ən başlıcası isə görülən bütün bu işlər, aparılan bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir. Bütün bu müsbət göstəricilər isə bütövlükdə dövlət tərəfindən siyasi-iqtisadi kursun düzgün istiqamətdə aparıldığını, mükəmməl idarəetmə mexanizminin yaradıldığını nümayiş etdirir.

Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. İmzaladıqları və təslimçilik – kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edirlər. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Üstəlik, təbii sərvətlərimizin talan edilərək “Laçın” dəhlizi vasitəsilə Ermənistana daşınmasını davam etdirdilər. Bütün bu qanunsuzluqlara və haqsızlıqlara etiraz olaraq Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına start verildi. Onların şaxta, qar, çovğun demədən 138 gün fasiləsiz şəkildə nümayiş etdirdikləri haqlı mübarizə vətən, xalq naminə edilən əsl cəsarətlilik, fədakarlıq nümunəsi idi. Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən haqlı, sivil etirazlara və bəyanatlara rəğmən qarşı tərəf rus sülhməramlı kontingentinin də himayədarlığından yararlanaraq, alternativ yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirdilər. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi.

Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Bu gün Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar. Ölkəmizi “Etnik təmizləmə” ilə təqsirləyənlər anlamalıdırlar ki, tarix boyu xalqımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, soyqırımlar törətmiş, işğalçılıq, deportasiya siyasəti həyata keçirmiş məhz Ermənistan olmuşdur. Azərbaycan xalqı bu qanlı tarixləri heç vaxt unutmur və unutmayacaqdır. Bu qanlı səhifələrdən biri də məhz Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalı idi. Həmin dövrdə ölkəmizdə baş verən ağır siyasi böhrandan, daxili siyasi gərginliyin pik həddə çatmasından yararlanan ermənilər ilk öncə 9 mayda Şuşanı daxili satqınlıq hesabına işğal etdilər. Ardınca Qarabağın gələcək işğalına yol açan yeganə yolu – Laçını işğal etdilər.

 Həsən bəy Zərdabi muzeyinin  əməkdaşı – Gülbəniz Əhmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki