Türkiyəli sənətçi İbrahim Tatlısəs 2 ay 15 gün azadlıqdam məhrum edilə bilər.
Qanunla.Az xəbər verir ki, buna səbəb müğənninin “Tatlıses TV”nin baş meneceri Fulya Akbay Toprakı hədələdiyi və təhqir etməsidir. Bundan sonra Fulya Tatlısəsi məhkəməyə verib. Menecerin 4 il həbs istədiyi müğənni barəsində açılan dava yekunlaşıb.
Belə ki, İbrahim Tatlısəs xanım meneceri təhqir etməsinə görə 740 TL cərimə ödəyəcəkş. Bununla yanaşı onun həbs müddəti 2 ay 15 günlə qərarlaşıb.