image-qanunla-reklam
image-1692342680-231234324

Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti

image-lady-day-az

Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti

Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirdi.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Ölkəmizin əldə etdiyi bütün uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Şəhla Xəlilova-Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Laçın sərhəd-buraxılış məntəqəsinin təyinatı.

Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.

Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb

Əldə olunmuş bu tarixi naliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren huquqları çərçivəsində atılmış legitim əsaslı addımdır.Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir.

Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Laçın dəhlizi”

2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənsitanın  işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi. İşğal altında olan rayonlarımız kəndbəkənd alınırdı.Bu qalibiyyətdə   bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara sevinirdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.

Müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyinin anlayan Ermənistan dövləti noyabr ayının 10-da üçtərəfli bəyanata imza atmaqla təslim oldu. Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.

Azərbaycanın əldə etdiyi ən mühüm uğurlardan biri də Laçın şəhərinin və dəhlizinin yadelli işğalından azad edilməsi oldu. Uzun illər boyu fəaliyyət göstərən bu dəhliz, Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq, Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla seperatçılar arasında “nəfəs borusu” rolunu oynayıb. Məhz buna görə də Laçın ərazisinin Azərbaycana qaytarılması Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən mərhum etdi. Bu gün Laçın şəhəri Azərbaycanın tərkibindədir və onun ayrılmaz hissəsidir.

“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı

Beynəlxalq aləmdə Azərbaycanın məqsədyönlü siyasətini dəstəkləyir, haqq işimizi, qələbəmizi, siyasi uğurumuzu, iqtisadi inkişafımızı alqışlayır. Ona görə ki, dünya dövlətlərinin böyük əksəriyyətinin siyasi baxışı, iqtisadi marağı Azərbaycanda kəsişir. Azərbaycan tranzit ölkə kimi Avropa ilə Asiyanı bir-birinə qovuşduran körpü rolunu oynayır.

Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul 2023-cü il tarixli qərarı ilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib. Belə ki, Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci il 21 dekabr tarixli Qərarı pozduğunu müəyyən etməyib.Bununla da Beynəlxalq Ədalət Məhkəməsi növbəti erməni yalanlarını ifşa edib. Ermənistan ötən illər ərzində öz yalan və böhtan təbliğatları ilə dünyada anti-Azərbaycan kampaniyası aparıb, dünyanı öz oyunlarına inandıra bilib. Lakin zaman artıq həqiqətləri üzə çıxardı.

Azərbaycanın haqq səsini, ədalətli mübarizəsini bütün dünya dəstəklədi. Daha Ermənistan öz yalanları ilə dünyanı aldada bilmir. İndi bütün dünya Azərbaycanı haqlı tərəf kimi tanıyır və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olaraq qəbul edir. Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın sülh və asayişi qorumaq istiqamətində həyata keçirdiyi ən mühüm addımlardan biridir. Dövlətimiz bu addımı ilə həm ərazilərini düşmənin hücumlarından qoruyur, həm də bölgədə yaşayan insanların irqindən, dinindən və millətindən asılı olmayaraq təhlükəsizliyini təmin edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bu haqda demişdir: “Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxlaq qaydalara uyğun olaraq təmin edilib”. Burada məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.

 Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki